Tarix : 2013 Nov 04
Kod 40773

Cəmil Həsənli:Taleyin bu gülüşü narkotikaya aludə olmuş Azərbaycan hakimiyyətinin taleyinə gülüş idi

Cəmil Həsənli:Tale Azərbaycanda ilahiyyat elminin yeni nəslinin ən istedadlı nümayəndəsidir

Arannews-Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli facebook səhifəsində ilahiyyatçı Tale Bağırzadəyə çıxarılan məhkəmə hökmü barədə fikrini paylaşıb :

Dəyərli dostlar, Azərbaycanda olmadığımdan təəssüf edirəm ki, ilahiyyatçı Tale Bağırzadənin məhkəməsində iştirak edə bilmədim. Tale Azərbaycanda ilahiyyat elminin yeni nəslinin ən istedadlı nümayəndəsidir. İmanına vətən sevgisi hopmuş Tale Bağırzadə kimi möminlərin ona verilən "cəzadan" narahat olmaması bu hakimiyyətin repressiya siyasətinin iflasının təzahürüdür. İnanclı insanların narkotika ilə şərlənməsi bütövlükdə islamın narkotikaya bulaşdırılmasıdır. Saxta ittihamlarla belə adamları həbsə atmaq hakimiyyətin yalnız hüquq anlayışından deyil, əxlaq anlayışından da uzaq olduğunu göstərir. Məhkəmədəki çıxışında Taleyin "bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır. Qorxu olmayan yerdə sağlam düşüncə olur" fikrini söyləməsi yeni tarixi mərhələnin mühüm təzahürüdür. Saxta ittihamla həbsə alınmış Tale məhkəmənin ona verdiyi "cəzanı" gülüşlə qarşıladı. Taleyin bu gülüşü narkotikaya aludə olmuş Azərbaycan hakimiyyətinin taleyinə gülüş idi. Məhkəmədə baş verənlər Taleyin şərəfli bir yol getdiyini və böyük qələbəsini ortaya qoydu. İnsanlığın şeytanlıq üzərində, Allaha tapınmağın allahszılıq üzərində, haqqın haqsızlıq üzərində, ədalətin zülm üzərində, sağlam ruhun xəstə təfəkkür üzərində qələbəsi idi Taleyin qələbəsi.


  • Yazılıb
  • da (də) 2013 Nov 04