Tarix : 2013 Nov 05
Kod 40783

Yaşıllar Partiyasının sədri Qarabağ beynəlxalq konfransının keçirilməsini dəstəkləyib

Mais Güləliyev Qarabağ beynəlxalq konfransının keçirilməsi barədə Azərbaycan Respublikasının müxalifəti və bu ölkənin xarici işlər nazirliyinin İrana rəsmən etiraz etməsinin azəri ekspertlər və analitiklərin təəssüf və təəccübünə bais olduğunu bildirib

Azərbaycan R. Yaşıllar Partiyasının sədri- Mais Güləliyev Təbrizdə Qarabağ beynəlxalq konfransının keçirilməsinin təxirə düşməsi xəbərinə reaksiyada deyib: Beynəlxalq konfransların təxirə düşməsi adi və təbii bir məsələdir. Ola bilər, bəzi hallarda maliyyə cəhətinə malik olmuş olsun. Lakin Azərbaycan Respublikasında hamını təəccübləndirən məsələ, bu konfransın təxirə düşməsinin dəlilidir.

İslam-Azeri saytının məlumatına görə, Mais Güləliyev Qarabağ beynəlxalq konfransının keçirilməsi barədə Azərbaycan Respublikasının müxalifəti və bu ölkənin xarici işlər nazirliyinin İrana rəsmən etiraz etməsinin azəri ekspertlər və analitiklərin təəssüf və təəccübünə bais olduğunu bildirib.

Azərbaycan R. Yaşıllar Partiyasının sədri sonra deyib: Mən bilmirəm, Azərbaycan Respublikası hansı məntiqlə bu elmi konfransla müxalifət edib? Adından da bəlli olduğu kimi, bu konfrans Azərbaycanın ərazi bütövlüyü istiqamətində edilən bir hərəkətdir. Məgər Qarabağ xəbərləri ölkəmizin media prioritetlərindən deyildirmi ki, Azərbaycan dövləti bu cür onunla müxalifət edir?

Güləliyev Azərbaycan, Rusiya, Türkiyə və İrandan ekspertlərin bu beynəlxalq konfransın keçirilməsini rəğbətlə qarşılamalarına işarə edərək, əlavə edib: Azərbaycan dövlətinin bu konfransın keçirilməsindən narahatçılığının dəlili, mənim üçün sual doğurur!

O, bu konfransın keçirilməsini İranın Azərbaycan R-nın ərazi bütövlüyünü və həmin ölkənin xalqının, o cümlədən Qarabağ didərginlərinin hüquqlarını dəstəkləməsi kimi qiymətləndirib.


  • Yazılıb
  • da (də) 2013 Nov 05