Tarix : 2013 Nov 05
Kod 40795

Cavad Cavadov:Hacı Abgül Süleymanov məhkəmədə iştirak etməyəcək

Hacı Abgül Süleymanovla belə razılığa gəldik ki, Abgül Süleymanov məhkəmə iclasında iştirak etməsin

Arannews-Hacı Abgül Süleymanovun növbəti məhkəmə prosesi olacaq .Bu barədə vəkil Cavad Cavadov məlumat verib .

O, saytımıza açıqlamasında qeyd edib ki, "Noyabr ayının 6-ı saat 11:30  Bakı Ali Məhkəməsində Qaradağ rayon məhkəməsinin ruhani Hacı Abgül Süleymanovun haqqında çıxardığı qapalı tipli həbsxanaya göndərilməsi qərarından verilən apellyasiya şikayətinə baxılacaq .

Hacı Abgül Süleymanovla belə razılığa gəldik ki, Abgül Süleymanov məhkəmə iclasında iştirak etməsin. Müdafiəçi olaraq məhkəmə iclasında mən iştirak edəcəm ."  

Qeyd edək ki, Qaradağ məhkəməsi ruhaniyə 6 ay qapaılı tipli həbsxana cəzası vermişdi.

  • Yazılıb
  • da (də) 2013 Nov 05