Arannews-Gəncənin yeni başçısı Elmar Vəliyev bu şəhərdə şərab festivalı keçirib. Daha doğrusu, keçirmək istəyib, ancaq “təbiətin sayəsində” festival baş tutmayıb .
Belə ki Gəncədə havanın pisləşməsi festivalın təxirə salınmasına səbəb olub .
Niyə Gəncə və niyə şərab? Axı Azərbaycan heç zaman şərabçılıq ölkəsi olmayıb? Neft ölkəsi olub, pambıq ölkəsi olub, amma şərabçılıq olmayıb. indi necə olur bəs ?
Aydın məsələdir ki, Məhərrəm ayında əza mərasimlərini qadağan edən, Ramazanda iftar məclislərinə icazə verməyən Vəliyevin Azərbaycanın dindar bölgələrindən olan Gəncədə şərab bayramı keçirməsinin arxasında dinə münasibət dayanır.