Tarix : 2013 Nov 08
Kod 40804

Akif Nağı: “Biz Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının təxirə salınması ilə bağlı Ramiz Mehdiyevə və Elmar görüşməyə çalışacağıq”

Noyabrın 6-sında Azad Qarabağ Uğrunda Alyansın Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının təxirə salınması ilə bağlı mətbuat konfransı keçirilib

Noyabrın 6-sında Azad Qarabağ Uğrunda Alyansın Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının təxirə salınması ilə bağlı mətbuat konfransı keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, tədbirdə alyansda təmsil olunan QHT nümayəndələri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

 

İlkin olaraq çıxış edən Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov bildirdi ki, Azad Qarabağ Uğrunda Alyansda təmsil edilən QHT-lər Qarabağ torpaqlarının yalnız müharibə ilə qaytarılması düşüncəsindədirlər: “ Bu günə qədər bu istiqamətdə kifayət qədər əməli addımlar atmaqla yanaşı bir neçə tədbir keçirmişik. İstəklərimizdən biri də budur ki, öz düşüncələrimizi və tutduğumuz yol ilə bağlı fikirlərimizi xaricə daşıyaq. Noyabrın 6-sında Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransı da bu hədəfə xidmət edirdi. Sözügedən konfrans yalnız Ermənilərin marağına zidd idi və buna yalnız onlar maneə ola bilərdilər. Nəzərdə tutulan konfrans çox ciddi hədəflərə hesablanmışdı. Təəssüf ki, bizə məlum olmayan və dəqiqləşdirə bilmədiyimiz səbəblərdən tədbir təxirə düşdü. Ümid edirik ki, yaranmış problem öz həllini tapacaq və təxirə düşmüş konfransımız baş tutacaq.” 

 

Sonra çıxış edən QAT sədri Akif Nağı, Azad Qarabağ Uğrunda Alyansın hədəf və məqsədlərinin şəffaf və aydın olduğunu bildirdi. Fəaliyyət istiqamətlərinin bütünlüklə torpaqların müharibə yolu ilə azad edilməsinə yönəldiyini bildirən QAT sədri, “ biz öz ideyamıza və düşüncələrimizə həm ölkə daxilində, həm də ki, ölkə xaricində dəstək qazanmağa çalışırıq və bu günə qədər buna da nail olmuşuq. Keçiriləcək konfrans hədəflərindən biri də bu idi. Biz Qarabağla bağlı konfransı təkcə Təbrizdə yox, eyni halda Türkiyədə, Gürcüstanda və Avropa ölkələrində də keçirmək niyyətindəyik”, - deyə qeyd etdi: ”Dünya ölkələrində Qarabağla ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Bizə ən yaxın və qardaş ölkə hesab edilən Türkiyədə Qarabağ münaqişəsi ilə bağlı siyasilərin, millət vəkillərinin və digər rəsmilərin məlumatları yoxdur. Biz Türkiyə səfəri zamanı bunun şahidi olduq. Hətta türkiyəli rəsmilər bizdən soruşurdular ki, Qarabağda hazırda nə qədər azərbaycanlı yaşayır? Ayrı vaxtı İrana deyirlər ki, ermənilərə öz ölkənizdə fəaliyyət göstərməyə qoymayın. Lakin bizə şərait yaradanda isə gedib fikirlərimizi bildirməyə imkan vermirlər. Hesab edirik ki, konfransın təxirə salınması ilə bağlı müəyyən anlaşılmazlıq yaranıb və qısa bir zaman ərzində öz həllini tapacaq. Biz bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və XİN rəhbəri Elmar Məmmədyarova rəsmi müraciət göndərib, görüşməyə çalışacağıq.”

 

Tədbirdə iştirak edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli isə çıxışı zamanı bildirdi ki, Azərbaycan xalqı müqəddəs Məhərrəm ayının ilkin günlərini yaşayır və bu günlərdə şəhid olan Həzrəti İmam Hüseyn(ə)-ın şücaətinə və ideyası cəmiyyətimizin ciddi şəkildə ehtiyacı var: “Təbrizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təxirə düşməsi yalnız təəssüf doğurur. Biz bununla işğalçıları bütün səviyyələrdə ifşa edəcəkdik. QHT-lər olaraq da hakimiyyətin bu istiqamətdə apardığı siyasətə dəstək vermək niyyətindəyik. Düşünürdük ki, konfransın keçirilməsinə 10 gün qalmış bizə hökumət tərəfindən birbaşa olmasa da dolayısı yollarla ciddi şəkildə dəstək veriləcək. Lakin gözləntilərimiz tamamilə alt-üst oldu. Belə ki, tədbirin keçirilməsinə saylı günlər qalmış, bir neçə nüfuzu olmayan media orqanlarında konfransla bağlı çirkin iftiralar yazılmaqla yanaşı tədbir müəmmalı şəkildə təxirə düşdü. Azad Qarabağ Uğrunda Alyans olaraq hesab edirik ki, Təbrizdə keçirilməsi nəzərdə tutulan Qarabağla bağlı beynəlxalq konfrans dövlətimizin və xalqın maraqlarına xidmət etdiyinə görə zəruridir və yaranmış maneələrə aradan qaldırılmalıdır.”

 

  • Yazılıb
  • da (də) 2013 Nov 08