Tarix : 2013 Nov 09
Kod 40811

Nizami Gəncəvi adına Qızıl medal

Nizami Gəncəvinin şah əsəri olan fars dilindəki şerlərini örtbasdır etməyə çalışan Azərbaycan Milli Elmlər Akademiyası “Nizami Gəncəvi adına Qızıl medal” təsis edib!

Nizami Gəncəvinin şah əsəri olan fars dilindəki şerlərini örtbasdır etməyə çalışan Azərbaycan Milli Elmlər Akademiyası “Nizami Gəncəvi adına Qızıl medal”  təsis edib!

Akademiyadan verilən məlumata görə, qərar noyabrın 6-da AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Əsasnaməyə görə, medal AMEA-nın ən yüksək mükafatıdır. Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur.

Alimlərin “Nizami Gəncəvi adına Qızıl medal”a namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil edilir. Namizədlər barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanacaq. Komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçəcək, təltif qərarını isə Rəyasət Heyəti çıxaracaq.

Qeyd etmək lazımdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı ilə Nizami Gəncəvinin məğbərəsində təmir işləri aparılıb və şairin fars dilindəki şerləri məğbərədən silinib və yerinə çatışmayan tərcümələr yerləşdirilib ki, bu hərəkər ciddi etirazlarla qarşılanıb. Azərbaycan Milli Elmlər Akademiyası qızıl medal təsis etməklə bu etirazlardan yan keçmək istəyib. Lakin ziyalılar Nizami Gəncəvinin şerlərini hər bir medaldan üstün bilirlər.

 


  • Yazılıb
  • da (də) 2013 Nov 09