Tarix : 2013 Nov 10
Kod 40819

Biləsuvar və Culfa gömrüklərinin fəaliyyəti bərpa edildi

Bölgədəki müxbirlərimizin verdiyi məlumata görə, Şahtaxtı-Poldəşt gömrük məntəqəsi də dünən axşamdan fəaliyyətini bərpa edib

Azərbaycan Respublikasının Poldəşt-Şahtaxtı sərhəd gömrük məntəqəsini bağlamaq üzrə qeyri adi rəftarının və qanuni izləmələrin nəticəsiz qalmasının ardınca, cavab addımı olaraq fəaliyyəti dayandırılan Biləsuvar və Culfa gömrük məntəqələrinin fəaliyyəti yenidən bərpa edilib.

Bölgədəki müxbirlərimizin verdiyi məlumata görə, Şahtaxtı-Poldəşt gömrük məntəqəsi də dünən axşamdan fəaliyyətini bərpa edib.

Azərbaycan tərəfinin naməlum bir şəxsin sərhəd Poldəşt məntəqəsində bir traktora tərəf atəş açmasını bəhanəsi ilə iki tərəf arasındakı razılaşmanı pozması nəticəsində bu gömrük məntəqələrinin bağlanması azərbaycanlı və iranlı sürücülər və müsafirlər üçün problemlərin yaranmasına səbəb olmuşdu.

Daxil olan məlumatlara görə, Azərbaycan vətəndaşlarının müalicə olunmaq və gündəlik ehtiyaclarını təmin etmək üçün İrana axını, səyahət və ticarət məqsədilə İrana olan səfərləri artıq adi vəziyyətə qayıdıb .

 


  • Yazılıb
  • da (də) 2013 Nov 10