Tarix : 2013 Nov 12
Kod 40837

Musa Qurbanov güllələnib

Həkimlərin bildirdiklərinə görə, Musa Qurbanov çox qan itirib

Arannews-Əhlibeyt Təşkilatının azərbaycanlı sədri güllələnib.

Musa Qurbanov Rusiya Miqrantlar Federasiyasının rəhbər işçilərindən biridir.

Moskavadakı Əhl-Əl Beyt təşkilatı, həmçinin Rusiya Miqrantlar Federasiyasının MDB üzrə sədr müavini Musa Qurbanov naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Hazırda o, xəstəxanaya çatdırılıb və vəziyyəti kafidir.

Həkimlərin bildirdiklərinə görə, Musa Qurbanov çox qan itirib.

Əhl-Əl Beyt  təşkilatının sədrinə sui qəsdi millətçilərlə əlaqələndirilməsinə baxmayaraq, o dəfələrlə anti-İsrail, anti-ABŞ aksiyalarının təşkilatçısı olmaqla, Livan Hizbullahının bayrağını aksiyalarda dalğalandırıb.

Bu da, sui qəsdin İsrail xüsusi xidmət orqanları tərəfindən törədildiyi ehtimalını çoxaldır.

  • Yazılıb
  • da (də) 2013 Nov 12