Tarix : 2013 Nov 12
Kod 40839

yeni mitinq

müxalifətin əsas birliyi növbəti aksiyanı noyabr ayının sonuncu həftəsinə təyin etməyi qərarlaşdırıb

Arannews-Milli Şuranın yeni mitinqinin vaxtı məlum oldu.

Milli Şuranın yeni mitinqinin vaxtı məlum olduMilli Şuranın son mitinqindən sonra fasilənin yaranması sıravi müxalifətçilərin ürəyincə olmayıb. Ona görə də, sosial şəbəkələrdə və real həyatda qarşılarına çıxan müxalifət partiyalarının funksionerlərinə bununla bağlı davamlı suallar verməkdədirlər. Amma Milli Şuranın bununla bağlı hələlik rəsmi açıqlaması yoxdur, lakin yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.

Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı Milli Şuranın növbəti mitinq keçirəcəyi gün məlum olub. Həmin məlumata görə, müxalifətin əsas birliyi növbəti aksiyanı noyabr ayının sonuncu həftəsinə təyin etməyi qərarlaşdırıb. Bununla bağlı Milli Şuranın yaxın günlərdə keçiriələcək sessiyasında yekun qərar veriləcəyi də gözlənilir.

  • Yazılıb
  • da (də) 2013 Nov 12