Tarix : 2013 Nov 12
Kod 40849

İslam Partiyasının Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunan üzvlərinin məsələsi qaldırılıb

Bu bütün üzvlər üçün bir xəbərdarlıq sayıla bilər

Arannews-Azərbaycan İslam Partiyası Baş Məclisinin 9 noyabr iclasında partiyanın Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunan üzvlərinin məsələsi qaldırılıb. Bunu “Media forum”a partiya sədrinin müavini Akif Heydərli deyib. O bildirib ki, partiya üzvlərinin 9 oktyabr prezident seçkisində iştirakı məsələsi müzakirə olunub: “O cümlədən Milli Şurada təmsil olunan partiya üzvlərinin məsələsi qaldırıldı. Rövşən Əhmədlinin Milli Şuranın namizədinin dəstəkləməsi ilə bağlı heç bir bəyanatı olmayıb. O, Milli Şurada Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının adından iştirak edir. Bu səbəbdən onun məsələsi gündəmə gəlmədi.

Partiyanın Baş Məclis üzvü Natiq Kərimov isə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyini açıq bəyan edib. Bu məsələ qaldırıldı. Baş Məclis üzvləri Natiq Kərimovun uzun illərdən bəri İslam Partiyasının fəal üzvü olmasını və Milli Şurada Nardaran Ağsaqqallar Şurası adından təmsil olunduğunu nəzərə alaraq onun haqqında hər hansı bir qərar qəbul olunmamasını istədilər. Lakin bu müzakirənin özü də Natiq Kərimov üçün bir xəbərdarlıq sayıla bilər”. 

İslam Partiyasının Baş Məclisi 9 oktyabr prezident seçkisi ərəfəsində Ədalət Partiyasının namizədini dəstəkləmək haqda qərar çıxarsa da, bəzi islamçılar Milli Şuranın namizədini dəstəkləyiblər və şuradan da çıxmayıblar.


  • Yazılıb
  • da (də) 2013 Nov 12