Arannews-Deputat həm öz xalqını həm İran azərilərini təhqir etdi.
Naxçıvan Muxtar Respublikası rəsmilərinin qanunsuz hərəkətlərinə etiraz olaraq İran İslam Respublikasının sərhəd keçidlərində bəzi məhdudiyyətləri tətbiq etməsinə guyaki reaksiyada Azərbaycan Respublikası Parlamentinin anti İran deputatlarından birisi İran azərilərini açıq təhqir edib.
Prezident seçkisində də anti İran və sarsaq fikirləri ilə yadda qalan deputat Qüdrət Həsənquliyev Parlamentin büdcə müzakirələrində ağılsız bəyanatında deyib : “Vaxtilə Yezid İmam Hüseyn tərəfdarlarını özünə tabe etdirmək üçün onun suyunu kəsmişdi. İndi də İran Naxçıvan camaatının yolunu kəsib!”
Deputat ağılsız və təhqiramiz sözlərinin davamında deyib ki, 30 milyon cənublu soydaşlarımızın milli şüurunun zəif olması səbəbindən İrana təsir imkanları yoxdur!
Q.Həsənquliyev daha sonra Azərbaycan Respublikasının müsəlman xalqını da təhqir edərək deyib : “Mən İranın burdakı tör-töküntülərinə müraciət edirəm. Vaxtaşırı İsrailin bayrağını yandırırsınız. İndi kişiliyiniz çatsın, Naxçıvanın yolunu bağlayan İrana etiraz edin!”