Tarix : 2013 Nov 14
Kod 40859

Dağlıq Qarabağın tanınması haqda qanunun müzakirəsi keçirilib

Boykot nəticəsində qanun birinci dinləmədən keçməyib

Arannews-Hazırda Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması haqda qanunun müzakirəsi keçirilib.  Boykot nəticəsində qanun birinci dinləmədən keçməyib. Parlamentdəki 131 deputatdan qanunun müzakirəsi üçün yalnız 11 nəfər səs verib - 10-u lehinə, biri isə əleyhinə.

Ermənistanın «Noyat-Tapan» agentliyinin ingilis bölməsinin redaktoru, politoloq Arutyun Xaçatryanin

sözlərinə görə, Ermənistan hökuməti həmişə hesab edib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması Minsk Qurupunun vasitəiliyi ilə aparılan danışıqlara xələl gətirəcəyinə görə məqsədə uyğun deyil.  “Buna görə də, hazırki qanun layihəsi parlamentin xarici məsələlər üzrə komissiyasında dəstək qazana bilmədi, yalnız reqlamentəki boşluqdan istifadə olunaraq gündəliyə gətirildi. Lakin göründüyü kimi  heç bir nəticəsi olmadı”,- deyə Xaçatryan sözlərinin davamında söyləyib.

Qanun layihəsi «İrs» partiyası tərəfindən deyil, partiyanın parlamentdəki fraksiyasının rəhbəri Zarui Postancyan tərəfindən irəli sürülüb. Fraksiyaya daxil olan 4 deputatdan başqa layihəni «Daşnaksütün» partiyasının 5 deputatı dəstəkləyir.

«İqtidarda olan Respublikaçılar partiyasının 70 deputatı bu layihəni dəstəkləmir. Həmçinin Erməni Milli Konqresinin Levon Ter-Petrosyan başda olmaqla 7 deputatı da bu qanuna qarşı çıxır»-, deyə Xaçatoyan bildirib.

Layihə parlamentə 1 il əvvəl təqdim olunub. “İrs” və “Daşnaksütün” partiyaları isə həmişə  Ermənistan tərəfindən Dağlıq Qarabağın tanınmasının tərəfdarı olub.

«Hökumətin bu məsələdə rolu olduğunu demək çətindir. Eyni zamanda bunu Rusiya və qərb haqqında da demək olar. Deputatlardan biri Dağlıq Qarabağın tanınmasını Şimali Kiprin tanınması ilə eyniləşdirdi. Şimali Kiprin müstəqilliyi elan olunandan sonra onu yalnız bir ölkə -Türkiyə tanıyıb. Hökumət istəyir ki, Bakı Dağlıq Qarabağı rəsmən tanınmasa da, heç olmasa 10 il əvvəl olduğu kimi onların arasında əlaqələrin olmasına çalışır. Rəsmi İrəvan hesab edir ki, bu, bölgədə gərginliyi azaldar»-, deyə erməni politoloqu vurğulayıb.

A.Xaçatryanın fikrincə, Ermənistan Dağlıq Qarabağı tanımadığı üçün Rusiya, yaxud Qərb ölkələrinin onu tanıyacağından danışmaq belə mümkün deyil: “Rusiyanın Dağlıq Qarabağın tanıması ilə bağlı dəyişməz mövqeyinə yenidən baxmaq üçün əsas görmürəm. “İrs” partiyasının lideri Raffi Ovanesyan amerikalı olduğu üçün o, qərb yönümlülüyü ilə tanınır. Amma bu məsələdə partiya daxili erməni məsləsini həll edir”.

  • Yazılıb
  • da (də) 2013 Nov 14