Azərbaycanlıların böyük əksəriyyəti Şimali Qafqazdan olan Ömər Şuşaninin rəhbəri olduğu “Ceyş al Mühacirin va Ansar” qruplaşmasının tərkibində döyüşürlər
İslam-Azəri saytı poliqon informasiya agentliyinə istinadən xəbər verib ki, Suriyadan Azərbaycana vurulan zənglər olduqca qısa müddətli olur və ən marqlısı odur ki, bu zənglər həm Suriyanın M-TH, həm Türkiyənin Türksell, həm də nədənsə İsrailə məxsus 972 528 rəqəmləri ilə başlayan Cellkom Mobil operatoruna aiddir.
Azərbaycanlıların böyük əksəriyyəti Şimali Qafqazdan olan Ömər Şuşaninin rəhbəri olduğu “Ceyş al Mühacirin va Ansar” qruplaşmasının tərkibində döyüşürlər. Şuşani milliyyətcə inquşdur. Vaxtı ilə Şimali Qafqazda gedən döyüşlərdə vuruşub.
Qafqaz əmiri Doku Umarova yaxınlığı ilə tanınır. Hazırda Qafqaz əsillilərin birləşdiyi mühacirlər briqadasının komandanıdır.
Hərbi düşərgəsi Hələb yaxınlığındakı keçmiş həbsxanada yerləşir. Bir qədər əvvəl isə, iyulun 29-da azərbaycanlıların da daxil olduğu bu briqadanın tərkibində parçalanma olub. Seyfulla ləqəbli çeçen komandir bir qrupla Şuşanini tərk edib.