Tarix : 2013 Nov 17
Kod 40878

Elşad İskəndərov Kərbəlada törədilən qəddarlığı Xocalı faciəsi ilə müqayisə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov aşura günü (14 noyabr) münasibətilə Bakı şəhərində “İmam Rza”, “Xanım Zəhra” və “Məşədi Dadaş” dini icmalarını ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov aşura günü (14 noyabr) münasibətilə Bakı şəhərində “İmam Rza”, “Xanım Zəhra” və “Məşədi Dadaş” dini icmalarını ziyarət edib.

Komitə sədri qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün dindarlara təşəkkürünü bildirib.

Elşad İskəndərov Kərbəla məktəbinin Azərbaycanda yaşadılmasının əhəmiyyətinə toxunub, Kərbəlada cavanlara, yaşlılara, uşaqlara qarşı törədilən qəddarlığı Xocalı faciəsi ilə müqayisə edib.

Azərbaycan Respublikası Əhli-beyt ölkəsi sayılsada, Hələ də dövlət səviyyəsində Aşura və Tasua mərasimləri qeyd olunur, Əksinə Məhərrəmlik ayinlərindən olan Aşura yürüşlərina qadağa qoyuıur.

Qadağalara rəğmən xalq Məhərrəmlik mərasimlərini möhtəşəm qeyd edir və il bə il əzadarlıq mərasimlərinin izdihamına artırılır.

 


  • Yazılıb
  • da (də) 2013 Nov 17