Azərbaycan İslam Partiyasının (İP) sədr müavini İran-Azərbaycan sərhədlərinin bağlanılmasını gözlənilməz bir hərəkət adlandırıb
Az. R. İslam Partiyasının (İP) sədr müavini İran-Az. R. sərhədlərinin bağlanılmasını gözlənilməz bir hərəkət adlandırıb.
İRNA məlumat verib: Akif Heydərli Az. R-nin müstəqilliyindən sonra Tehran-Bakı əlaqələrinin genişlənməsinə işarə edərək söyləyib: Belə bir hərəkət bu ölkə xalqına ziyan vuracaq və İP bu məsələni izləməkdədir.
Az. R. İP-nın sədr müavini həmçinin bu ölkənin bəzi deputatları o cümlədən Qudrət Həsən Qulyevin sərt mövqeyini tənqid edərək deyib: Bu cür mövqelər iki ölkə əlaqələrinə xələlə gətirə bilər.
Az. R-nin Sərhəd zastavasının Araz çayında bir traktor sürücüsünün üzərinə şübhəli atəş açmanı bəhanə edərək Poldəşt-Şahtəxti sərhədini bağlaması ilə İran tərəfi də preventiv bir hərəkət olaraq 7 noyabrdan ibarət Biləsuvar və Culfa sərhədlərini bağlamışdır.
İranın Bakı Səfirliyində olan bir diplomat söyləyib: Yük maşınlarının gediş-gəliş problemləri həll olunub və bu şənbədən etibarən sərhədlər adi vəziyyətdə olacaq.