Son vaxtlar sionist rejimin Bakıdakı səfirliyi önündən keçmək üstündə həbs olunmuş günahsız bir İran vətəndaşı şiddətli işgəncələrə məruz edilib
Son vaxtlar sionist rejimin Bakıdakı səfirliyi önündən keçmək üstündə həbs olunmuş günahsız bir İran vətəndaşı şiddətli işgəncələrə məruz edilib.
İnformasiya qaynaqlarının məlumatlarına görə, Bakının Binəqədi məhbəsində işgəncələrə məruz edilən İran vətəndaşı- Həsən Fərəcinin tanışlarından biri deyib ki, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri bədəni siqaretlə yandırmaq kimi vəhşicəsinə hərəkətlərlə bu günahsız İran vətəndaşını işgəncə ediblər ki, ondan sionist rejimin xeyrinə etiraf alsınlar.
Eyni zamanda agah mənbələr bildiriblər ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi çoxdan bəri bu İran vətəndaşı ilə konsulluq görüşü keçirmək barədə xahiş irəli sürüb, lakin azəri tərəf beynəlxalq qanunların əleyhinə gedərək, hələ razılıq verməyibdir ki, bu məsələ həmin İran vətəndaşının Azərbaycan Respublikasında işgəncə edilməsi xəbərini gücləndirir.
Bu məlumata əsasən, son prezident seçkilərindən sonra Amerika və qərb ölkələri tərəfindən təzyiq altında qoyulan Azərbaycan Respublikası Qərbin xoşuna gəlmək üçün öz anti-İran hərəkətlərini şiddətləndiribdir ki, İranofobiya, İran vətəndaşlarının həbs olunmaları, onların işgəncə edilmələri və əsassız ittihamların irəli sürülməsi siyasətləri bu qəbildəndir.
Ötən ayda da Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsi heç bir sənəd və fakt olmadan və siyasi və sifariş olunmuş bir hökm əsasında İran vətəndaşı- Bəhram Feyzini casusluq ittihamı ilə on beş il həbs cəzasına məhkum etdi.
Bakıda günahsız İran vətəndaşlarının işgəncə olunmaları elə bir şəraitdə həyata keçirilir ki, Tehran son iki ildə üç mərhələdə bir neçə Azərbaycan Respublikası vətəndaşını, o sıradan Rəşid Əliyev, Fərid Hüseyn, Şəhriyar Hacızadə və Xalidə Xalidi onların İranda qeyri-adi hərəkətləri və casusluqlarının sübut olunduğu bir halda, islami mərhəmət əsasında azad edibdir, lakin bu münasibət Bakının daha da həyasızlaşmasına səbəb olubdur.