Arannews- 3-cü “Hicaba azadlıq” aksiyasında həbs olunan və 5 il 6 ay
azadlıqdan məhrum edilən Tərlan Ağadadaşovun səhəti ağırlaşıb.
Bu barədə hicab məhbusunun vəkili Zaman Səmədov məlumat verib.
vəkili qeyd edib ki, “Həm Ədliyyə naziri Fikrət Məmmədova, həm
pentensiar xidmətinin rəisi Mədət Quliyevə, həm Respublika Ombudsmanı Elmira
Süleymanovaya, Baş Prokuror Zakir Qaralova teleqram göndərmişdik. Çünki, hicab
məhbusu Tərlan Ağadadaşovun qaraciyəri ilə bağlı səhhətindəki problemlərə görə əməliyyat
keçirilməli idi. Buna görə də o Mərkəzləşmiş Qospitala göndərilməlidir. Bununla
bağlı Bakı İstintaq təcridxanasının (Kürdəxanı) baş həkimi Qurban bəylə
danışdım. O dedi ki, “bu barədə Pentensiar xidmətə müraciət etmişik və cavab gəlib
ki, əməliyyata zərurət yoxdur. Konkret olaraq, bu mövzuda hamı məsuliyyəti
bir-birinin üzərinə atır. Tərlanın səhhəti ağırdır və getdikcə də ağırlaşır.
Onun bədəni şişib. O təcili olaraq əməliyyat olunmalıdır. “