Arannews-Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənli
Türkiyə səfərindən sonra ABŞ-a yola düşüb.
onun Amerika rəsmiləri ilə müxtəlif
görüşləri gözlənilir. C. Həsənlinin ABŞ səfəri barədə təfsilatlı məlumat verilməsə
də, onun Vaşinqtonda çəkdirdiyi şəkillər sosial şəbəkələrdə yayılıb.
Tanınmış siyasi ekspert, hazırda Amerikada mühacirət həyatı yaşayan
Ramiz Yunus prezidentliyə eks-namizədlə şəkil çəkdirib və onu aşağıdakı
statusun müşayiəti ilə paylaşıb:
“17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür və çox simvolik haldır
ki, məhz bu gün mən Vaşinqtonda bizim xalqımızın çox dəyərli ziyalısı, Cəmil Həsənli
ilə görüşdüm. Bizim bir-birimizə deyiləsi çox sözümüz var idi, çünki 12 ildir
biz görüşməmişdik. Bir neçə saatlıq söhbətdən sonra mən yenə də əmin oldum ki,
biz vahid namizədimizi düz seçmişik. Cəmil bəy teledebatda olan öz çıxışları ilə
bizim xəstə cəmiyyətimizin yadına saldı ZİYALI sözünün əsl mənasını və mən əminəm
ki, ŞƏRƏF və LƏYAQƏT sözlərinin də əsl mənasını çoxlarının yadına salacaq...”.