Tarix : 2013 Nov 18
Kod 40897

Cəmil Həsənli Türkiyə səfərindən sonra ABŞ-a yola düşüb

onun Amerika rəsmiləri ilə müxtəlif görüşləri gözlənilir

Arannews-Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənli Türkiyə səfərindən sonra ABŞ-a yola düşüb.

 onun Amerika rəsmiləri ilə müxtəlif görüşləri gözlənilir. C. Həsənlinin ABŞ səfəri barədə təfsilatlı məlumat verilməsə də, onun Vaşinqtonda çəkdirdiyi şəkillər sosial şəbəkələrdə yayılıb.

Tanınmış siyasi ekspert, hazırda Amerikada mühacirət həyatı yaşayan Ramiz Yunus prezidentliyə eks-namizədlə şəkil çəkdirib və onu aşağıdakı statusun müşayiəti ilə paylaşıb:

“17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür və çox simvolik haldır ki, məhz bu gün mən Vaşinqtonda bizim xalqımızın çox dəyərli ziyalısı, Cəmil Həsənli ilə görüşdüm. Bizim bir-birimizə deyiləsi çox sözümüz var idi, çünki 12 ildir biz görüşməmişdik. Bir neçə saatlıq söhbətdən sonra mən yenə də əmin oldum ki, biz vahid namizədimizi düz seçmişik. Cəmil bəy teledebatda olan öz çıxışları ilə bizim xəstə cəmiyyətimizin yadına saldı ZİYALI sözünün əsl mənasını və mən əminəm ki, ŞƏRƏF və LƏYAQƏT sözlərinin də əsl mənasını çoxlarının yadına salacaq...”.

  • Yazılıb
  • da (də) 2013 Nov 18