Tarix : 2013 Nov 18
Kod 40899

Qarağacı : Nizami Gəncəvi haqda demək lazımdır ki, o, görkəmli bir fars dilli ədibdir

təəssüflər olsun ki, Azərbaycan Respublikası təmir və bərpa işləri adı altında mədəni irs sayılan bu kaşıları yerindən sökdü

Arannews-Türkiyənin Giresun Universitetinin iranlı müəllimi Abbas Qarağacı deyib: İranlıların qonşu xalqlarla ortaqlıqları dostluq, qardaşlıq, əməkdaşlıq və dinc yanaşı yaşamda təsirli amilə çevrilib.

Türkiyənin Giresun Universitetinin müəllimi Abbas Qarağacı müsahibədə İranda azərilər, kürdlər, lorlar, bəluçlar, ərəblər, türkmənlər və digərlərinin yaşamasına işarə edərək, deyib: İranda müxtəlif millətlərin nümayəndələrinin yaşamasına rəğmən, bu millətlər ilə qonşu xalqlar arasındakı ortaqlıqlar dinc yanaşı yaşamda təsirli amilə çevrilib.

 Abbas Qarağacı Qərb medialarında Azərbaycan Respublikasında son prezident seçkilərinin qeyri-demokratik və sağlam keçirilməməsi ilə bağlı iddialara işarə edərək, deyib: Mənim qənaətimə görə, Bakı xarici təzyiqləri azaltmaq üçün İrana qarşı düşmən siyasəti yürüdür.

 Qarağacı əlavə edib: Nizami Gəncəvi haqda demək lazımdır ki, o, görkəmli bir fars dilli ədibdir. Onun, illər öncə tikilmiş məqbərəsi də üzərində şairin fars dilində şerləri olan kaşılar ilə bəzədilmişdi. Amma, təəssüflər olsun ki, Azərbaycan Respublikası təmir və bərpa işləri adı altında mədəni irs sayılan bu kaşıları yerindən sökdü.

 Nizami Gəncəvi Mövlana, Farabi, Əbu Reyhan Biruni kimi bu diyarın və bütün bəşəriyyətin ortaq elmi və mədəni irsinin ulduzlarındandır.  Bu kimi şəxsiyyətləri yalnız bir millət və ya məzhəbin hüdudları ilə məhdudlaşdırmaq onlara hörmətsizlik sayılır.

O, daha sonra deyib: Çövkən oyunu barədə də demək lazımdır ki, bu oyuna Orta Asiya, Mərkəzi Anadolu və Qafqaz bölgəsində rast gəlmək mümkündür. Anadoluda bu oyuna "Girit", Mərkəzi Asiyada "Bozkası" deyirlər. Amma, "Çövkən" adı ilə tanınan oyun tarix boyu iranlıların ən mühüm idman oyunlarından biri olub və bunu inkar etmək qeyri mümkündür. İsfahan və Qəzvində mövcud olan tarixi əsərlər də buna bir sübutdur. Belə ki, orada Çövkən oyun meydanları mövcuddur.

 Abbas Qarağacı İran və Azərbaycan Respublikası sərhədində baş vermiş son hadisələrə gəlincə, Bakının Tehran ilə dialoqa üstünlük verməli olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2013 Nov 18