Proses İsmayıllıdan olan müttəhimlərin vəkillərinin məhkəməyə gəlməməsi üzündən bu gün saat 14.30-a qədər təxirə salınıb
Arannews-İsmayıllı hadisələrində təqsirləndirilən 18 nəfərin məhkəmə
prosesi təxirə salınıb
İsmayıllı hadisələrinin təşkilində ittiham edilərək həbs olunan Müsavat
başqanının müavini Tofiq Yaqublu, REAL təşkilatının sədri İlqar Məmmədov və 14
İsmayıllı vətəndaşının bu günkü məhkəmə prosesi başa çatıb. Proses İsmayıllıdan
olan müttəhimlərin vəkillərinin məhkəməyə gəlməməsi üzündən bu gün saat 14.30-a
qədər təxirə salınıb.
Prosesdə iştirakı vacib olan vəkillərin
saat 14.30-da da məhkəməyə gəlib çıxmaması üzündən "İsmayıllı işi"ndə
təqsirləndirilənlərin məhkəməsi yenidən təxirə salınıb. Proses noyabrın 29-da
davam etdiriləcək.