Ilham Əliyevin ailə üzvləri barədə dərc edilən material hakimiyyət düşərgəsində əsas müzakirə mövzusudur
Arannews- Hürriyet İlham Əliyevi qəzəbləndirib. Türkiyənin nüfuzlu qəzetində
hakim ailə barədə dərc edilən material Bakının başlıca müzakirə mövzusuna
çevrilib.
Türkiyənin nüfuzlu nəşri “Hürriyet” qəzetində Azərbaycanın dövlət
başçısı Ilham Əliyevin ailə üzvləri barədə dərc edilən material hakimiyyət düşərgəsində
əsas müzakirə mövzusudur. Iqtidardakı mənbələrdən qəzetimizə daxil olan məlumata
görə, Ilham Əliyev bu materialdan bərk qəzəblənib. Hətta məsələ ilə bağlı
Türkiyə rəhbərliyinə etiraz edildiyi, bu materialın hansı səbəbdən “Hüriyet”də
yer aldığı barədə izahat istənildiyi iddia olunur.
Xatırladaq ki, “Hürriyet” qəzeti bir neçə gün əvvəl “Müasir dövrün Evitaları:
Mehriban Əliyeva və qızları” başlıqlı material dərc edib. Yazıda Ilham Əliyevin
ailə üzvləri “Xəzərin sultanları” adlandırılıb. Onların dəbdəbəli həyatından,
eyni zamanda korrupsiya əməliyyatlarından yazılıb.
Bu yazı Ilham Əliyevin Türkiyə səfərindən qayıtmasından az sonraya təsadüf
edir. Indiyə qədər Türkiyə mətbuatında Ilham Əliyevin ailə üzvləri barədə belə
bir ifşaedici material dərc edilməyib.