Arannews-Penitensiar Xidmət Azərbaycan İslam Partiyasının üzvlərinin həbsdə
olan sədr Mövsüm Səmədovla görüşünə razılaşıb
Məlumatı partiya sədrinin müavini Akif
Heydərli verib. O bildirib ki, Penitensiar Xidmətdən zəng edərək Mövsüm Səmədovla
görüşə icazə verildiyini deyiblər: “Amma görüşün tarixini hələ açıqlamayıblar, əlavə
məlumat verəcəklər”.
Noyabrın 1-də İslam Partiyasının üzvləri təşkilatın sədri Mövsüm Səmədovla
görüşmək üçün Penitensiar Xidmətə müraciət edib. Partiya üzvlərinin bu addımı
atmasına səbəb 11 saylı Cəzaçəkmə Müəssisəsində onlara sədrləri ilə görüşməyə
icazə verilməməsidir.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ
keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə
azadlıqdan məhrum olunub.