Tarix : 2013 Nov 19
Kod 40912

Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib

Allahşükür Paşazadənin bu məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır

Arannews-Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib.

Allahşükür Paşazadənin bu məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır. Lakin məktubun detalları açıqlanmır.

Qeyd edək ki, A. Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, A. İnciqulyan bundan imtina edərək, üçüncü ölkəyə getmək istədiyini bildirib və Şeyxdən buna yardım etməsini istəyib.

  • Yazılıb
  • da (də) 2013 Nov 19