Arannews-Azərbaycanın
Özbəkistandakı səfirliyinin konsulu Nəsimi Ağababayevlə bağlı yeni şok məlumatlar
var.
Qeyd
edək ki, bir neçə gün əvvəl də N.Ağababayevlə bağlı sensasion məlumatlar
yayılmışdı. Həmin məlumatlarda hətta konsulun axşamlar səfirliyin binasına
yüngül əxlaqlı qadınlar gətirdiyi bildirilirdi. Bundan başqa onun ünvanına digər
ciddi ittihamlar da var idi.
İndi
göndərilən məktubun da təhlükəsizlik baxımından şərti adla yazıldığı qeyd
olunur. Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Elman Abdullayevə ünvanlanan həmin məktubu bəzi redaktələrlə təqdim edirik:
"Son zamanlar Azərbaycan qəzetlərində Özbəkisandakı
Azərbaycan səfirliyinin müşaviri və konsulu Nəsimi Ağababayev haqqında gedən məqaləni
oxuduqca bir azərbaycanlı kimi ürəyim ağrıdı. Mən də həmin səfirliyin keçmiş əməkdaşıyam
və bir müddət əvvəl Ağababayevin dırnaqarası xidmətləri sayəsində öz işimi
buraxmaq məcburiyyətində qalaraq Azərbaycana qayıtdım.
Düşünürəm
ki, siz də mənimlə razı olarsınız ki, onun necə insan olduğunu nəinki Özbəkistanda,
Xarici İşlər Nazirliyi sistemində hamı yaxşı bilir. Hamı mənə özümü o adamdan
gözləməyi və ehtiyatlı olmağı dedi. Amma özümü qoruya bilmədim. Elə ilk mərhələdə
Ağababayev məni qaraladı və elə kirli işlər tapşırdı ki, artıq məsələnin nə
yerdə oldugunu anladım. Lakin mənə geriyə dönməyə yol qoymadı.
Ordakı
bütün diplomatların son ümidi sizsiniz.
Sizdən bu müraciəti cənab nazirə çatdırmağınızı xahiş edirik. Səfirliyin ərazisində diplomatların ailələri,
xanımlarımız, usaqlarımız yaşayır. Bura əxlaqsız qadınların gətirilməsini biləndə
hamı şoka düşmüşdü. Çox kecmədi ki,
Ağababayevin bu hərəkətindən və cəzasızlığından ruhlanaraq digər bir texniki
işçi də bu hərəkəti təkrar etdi.
Oranın
rəhbəri səfirliyi oz şəxsi tarlası kimi işlədir. Diplomatların elementar
huquqları pozulur.
Orda
kollektiv arasında qeyri-sağlam mühit siyasəti yürüdülür. İnsanların bir-birinə
qarşı qoyulması uçun çalışılır ki, onların qeyri – qanuni əməlləri ort-basdır
olunsun. Camaat onların əməllərini gorməyə vaxt tapmasin. Bir-biriləri ilə
intiriqa aparsınlar və bir-birilərinə nifrət etsinlər. Kimsə bunu başa duşursə,
yaxud bunların siyasətinə qarşi çıxırsa, onların nəinki diplomatik huquqları
pozulur, hətta insan huquqlarından məhrum edilmə həddinə kimi təqib olunurlar.
Bəzən olur ki, diplomatlar qorxudan və özlərini qorumaq üçün otaqdan belə çıxmırlar. Diplomatlar bir-biriləri ilə
toplaşıb söhbət etmək və nəyisə müzakirə etmək rəhbərlikdə qısqanclıq və şubhə
yaradır. Keçirilən heç bir tədbirlərdə diplomatların təmsil olunmasına qəsdən
imkan verilmir. Axırıncı tədbirlərin birində isə diplomatlar xadimələrlə bir
masa ətrafında otuzduruldular.
Məcbur
qalıb diplomatları tədbirə yollayanda isə onlar gözləməli olurlar kı, səfirliyin
çoxsaylı maşınlarından heç olmasa biri nə vaxt Nəsimi Ağababayevin “məxfi”
tapşırıgını yerinə yetirib geri qayıdacaq ki, həmin diplomat o maşına minib tədbirə
gedə bilsin. Bəs tədbirdən qayıdanda necə? Həmin vaxtı masınlar məxfi
tapşırıqda olduguna görə daha vacib adamlari gəzdirirlər və diplomatlar geriyə
tapa bildikləri vasitə ilə, necə gəldi qayıtmaga məcbur olurlar. Siz indi
ozunuz fikirləşin bunlar xarici ölkədə təmsil olunma mədəniyyətinə və təhlukəsizlik
qaydalarına hec uygundurmu?
Səfirliyə
Nəsiminin tanışları, onun dostları və orada yaşayan qohumları onun adını verərək
karvansara qapısı kimi açıb girir və heç kəs onlara heç nə deyə bilmir. İş o həddə
çatıb ki, Nəsiminin dostları diplomatlardan daha üstün statusa malikdirlər.
Mənim
sizə yazdığım və qəzetdə yazılanlar onun əməllərinin heç yarısını təşkil etmir.
Onun orda səfirliyin inventarlarının və maliyyə vəsaitlərinin başına nə oyun gətirməsi
və digər maliyyə maxinasiyalarından isə
heç şeytan da baş açmaz. O, Özbəkistanda ölkəmizi təmsil etmək uçun ayrılan
bütün pullara göz qoyub və nəyin bahasına olursa olsun onları əldən verməməyə
çalışır. Sizcə nə səbəbə 3 vəzifəni ozundə cəmləşdirir? İkisi maliyyə, biri isə
rəhbər vəzifə. İndi siz baxın, o ordakı bir diplomatımızın (birinci katib)
vaxtı bitən kimi dərhal onun yerini öz adamı ilə doldurmaga calışacaq. Məndə
olan məlumata görə o, artiq bu vəzifəni müəyyən şərtlərlə öz dostuna söz verib.
Hörmətli
Elman muəllim, ifadəmə görə üzr istəyirəm. O, çox artist, fırıldaqcı və yalançı
bir insandır. Üzdə özünü elə səmimi göstərir
və arxada insana elə zərbə vurur ki. İndi baxın görün ki, vəziyyət nə səviyyədədir?
Bizim
və ordakı dəstəksiz diplomatların və əməkdaşların son umidi nazirlikdir, sizlərsiniz.
Sizin son qərarınızı gözləyirik, razıyıq, qoy hər şey obyektiv araşdırılsın”.