Tarix : 2013 Nov 19
Kod 40916

yeni bir iddia

Ermənistanın ikinci böyük şəhəri Gümrü bundan sonra qapalı zona elan ediləcək

Arannews-Ölkənin tanınmış "Haykakan Jamanak" qəzetinin məlumatına görə, Ermənistanın ikinci böyük şəhəri Gümrü bundan sonra qapalı zona elan ediləcək. Xəbərə əsasən, mübahisəli qərar gerçəkləşsə istənilən Ermənistan vətəndaşı Gümrüyə xüsusi icazə sənədi ilə daxil ola və ya şəhəri tərk edə bilər.

Gümrü şəhərinin gediş-gəlişə bağlanması məsələsi  Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri çərçivəsində də müzakirə mövzusu ola bilər. Məsələ ilə bağlı Ermənistanın müdafiə nazirliyindən açıqlama almağa çalışan qəzet əməkdaşları maraqlı cavabla qarşılaşıb.

Nazirliyin sözçüsü Artsun Hovanesyan deyib ki, əgər bu məsələ Rusiyanın Gümrüdəki bazasından irəli gəlirsə, buna görə Ermənistanın açıqlama verməyə hüququ yoxdur, yaxşı olar ki, qəzet Rusiya tərəfinə müraciət etsin.

  • Yazılıb
  • da (də) 2013 Nov 19