Təəssüflər olsun ki, İran səfirliyinin bu İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılması ilə bağlı müraciəti cavabsız qalıb və bu vətəndaşın vəziyyəti bizim üçün aydın deyildir
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Bakının ətrafındakı həbsxanalardan birində İran vətəndaşı Həsən Fərəcinin işgəncə edilməsi xəbərinin yayılması barəsində deyib: Mövcud müşahidələr və Fərəci ilə konsulluq əlaqəsinin qurulmaması bu İran vətəndaşının Bakı həbsxanasında işgəncə olunması ehtimalını gücləndirir.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Pakayin söyləyib: İranın Bakıdakı səfirliyi təxminən 2 həftə öncə yerli medialar vasitəsi ilə bu İran vətəndaşının saxlanıldığı məlumatını alıb və dərhal rəsmi nota ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Fərəci ilə konsulluq əlaqəsinin yaradılması icazəsinin verilməsini istəyib.
Səfir əlavə edib: Təəssüflər olsun ki, İran səfirliyinin bu İran vətəndaşı ilə konsulluq əlaqəsinin yaradılması ilə bağlı müraciəti cavabsız qalıb və bu vətəndaşın vəziyyəti bizim üçün aydın deyildir.
"Bakıda sionist rejim səfirliyi qarşısından keçməyin bu İran vətəndaşının həbs olunmasına səbəb ola bilməz" deyən İran səfiri əlavə edib: Araşdırmalarımız göstərir ki, bu şəxs ticarət işləri aparmaq məqsədilə Azərbaycan Respublikasına daxil olub və qaldığı müddətdə onun tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb.