Ruhullah Axundzadə ilə bağlı baş verə biləcək hər hansı hadisənin məsuliyyəti Azərbaycan hakimiyyətinin üstündə qalacaq
Siyasi məhbus Rhullah Axundzadənin xəstəliyi ilə bağlı narahatçılıq bildirən Azərbaycan İslam Partiyasaının məhbus sədri Dr. Möhsün Səmədov Rhullah Axundzadəyə zindanda baş verə biləcək hər bir hadisə ilə bağlı Azərbaycan hakimiyyətini günahkar sayıb.
Noyabrın 19-da Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan İslam Partiyasının sədri ilə görüşdən sonra vəkil Anar Qasımlı bildirib ki, İslam Partiyasının həbsdə olan üzvü Ruhullah Axundzadənin vəziyyəti ilə bağlı deyib : “Ruhullah Axundzadə ilə bağlı baş verə biləcək hər hansı hadisənin məsuliyyəti Azərbaycan hakimiyyətinin üstündə qalacaq. Görünür, bu hakimiyyət günahsız xəstə insanlardan belə əl çəkmək istəmir”.