Mərziyə Əfxəm bildirib : Məsul şəxslərdən bu İran vətəndaşının təcili olaraq vəziyyətinin aydınlaşdırılması tələb edilib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanda həbs edilib işgəncəyə məruz edilən İran vətəndaşı barədə söyləyib : İranlı vətəndaşın Az.R-da Sionist rejimi səfirliyi qarşısından keçdiyinə görə həbs edilməsi barədə xəbərlərin yayılmasından sonra İran Səfirliyi lazımı işləri görüb və bu vətəndaşın vəziyyəti izlənilməkdədir.
Mərziyə Əfxəm bildirib : Məsul şəxslərdən bu İran vətəndaşının təcili olaraq vəziyyətinin aydınlaşdırılması tələb edilib .
İran İşlər Xarici Nazirliyinin sözçüsü əlavə edib : Azərbaycan səfirliyinin məsul şəxsləri ilə görüşmüşük və azəri tərəfin təcili əməkdaşlıq etməsini tələb edirik.
O bu İran vətəndaşının işgəncəyə məruz qoyulması ilə əlaqədar kadrlar barədə söyləyib : Kəskin şəkildə bu məsələdən təəssüflənmişik və azəri məsullar bu barədə cavabdeh olmalıdırlar.
Əfxəm bu xəbərlərin düz olmayacağına ümidvar olduğunu bildirib.