Noyabrın 19-u Vyanada Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin təkbətək görüşləri olub
Noyabrın 19-u Vyanada Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin təkbətək görüşləri olub.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanatında deyilir: “Təkbətək görüşdə və onun ardınca həmsədrlərin, xarici işlər nazirlərinin də qatıldığı işgüzar görüş zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə razılaşıblar və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə məsələnin sülh yolu ilə həlli məqsədilə görülmüş işlər əsasında prosesi davam etdirməyi tapşırıblar. Onlar yaxın aylarda yenidən görüşəcəkləri ilə bağlı razılığa gəliblər”.
ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara da bildirib ki, Ukrayna ATƏT-in sədri olaraq Azərbaycan və Ermənistan arasında müntəzəm dialoqun qurulması istiqamətində səylərinə kömək etməyə hazırdır”.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də bildirib ki, Vaşinqton hər iki prezidentin görüşləri qarşıdakı aylarda da davam etdirmək qərarını təqdir edir.
Azərbaycan tərəfi Minsk Qrupunu ermənipərəstlikdə süçlasada, danışıqların bu qurupun inhisarında qalmasında israrlıdır.