Tarix : 2013 Nov 21
Kod 40954

Aran jurnalının 34 və 35-ci sayları "Azər Aran" və "Qarabağ münaqişəsi" adları ilə çap edildi

Bu sayda redaktorun qeydlərindən sonra Qafqaz regionunun alim və mütəfəkkirlərinin Qarabağ münaqişəsinin müxtəlif tərəfləri barədə qələmə aldığı 10 elmi məqalə yer alıb
AranNews - Aran jurnalının 34 və 35-ci sayları "Azər Aran" və "Qarabağ münaqişəsi" kimi yeni adlarla çap edildi və maraqlananların ixtiyarına verildi.
Azər Aran elmi-tədqiqat jurnalının bu sayında redaktorun qeydlərindən sonra Qafqaz regionunun alim və mütəfəkkirlərinin Qarabağ münaqişəsinin müxtəlif tərəfləri barədə qələmə aldığı 10 elmi məqalə yer alıb.
Aran elmi-tədqiqat jurnalının baş redaktoru Həsən Gülinin açıqlamasına əsasən, bu jurnal Beynəlxalq Qarabağ Konfransının xüsusi buraxılışı üçün nəzərdə tutulsa da konfransın keçirilməsi təxirə düşdüyündən "Qarabağ münaqişəsinin xüsusi araşdırılması" ünvanı ilə çap edildi.
"Azər Aran" jurnalının ilk sayında doktor Bəhram Əmir Əhmədyanın "Qarabağ, Qafqaz regionunun kor düyünü", Məsud Əhmədiniyanın "Qarabağ konfliktinin həlli yönümündə bəzi təklif paketlərinin araşdırılması", doktor Cəfər Haqqpənah və Sara Rəvanın "Qarabağ konfliktində xarici müdaxilələr, İİR-nın milli təhlükəsizliyi, Minsk qrupu barədə araşdırma", Cəfər Xaşe Əbdlinin "Azərbaycanın daxili siyasətinə təsir edən komponentlər (Qarabağ konfliktinə diqqət etməklə)", doktor Qurbanəli Məhbubi və Mehdi Şapurinin "Qarabağ konflikti: Azərbaycan və Ermənistan arasında silah rəqabətinin güclənməsi və onun İran İslam Respublikasının milli təhlükəsizliyinə təsiri", Məhəmməd Salmasizadənin "19-cu əsrin əvvəllərində Qarabağın sakinləri və hakimləri", doktor Məhəmməd Əli Pərğu və Qəffar Abdullahi Mutnəqin "Rusiyanın erməniləri Qarabağda məskunlaşdırmaqda məqsədi Cənibi Qafqazda etnik münaqişənin əsası yaratmaq olub", Cəlil Naibyan və Cavad Əlipur Silabın "Qarabağın Şuşa şəhər qalasının canlı qüvvəyə ehtiyac olmadan müdafiəsi (Əfşarilər dövründən Türkmənçay müqaviləsinə qədər)", Zəhra Kərimi Təkanlu və Rza Rəncpurun "Qarabağ müharibəsindən sonra İran və Türkiyənin Azərbaycanda və Ermənistanda iştirak və nüfuzunun araşdırılması və müqayisəsi", Hadi Xoşbəxtin "Qarabağ məscidlərinin memarlığında İslami-İran memarlığının xüsusiyyətləri" adlı məqalələri çap edilmişdir.
Həmçinin jurnalda Beynəlxalq Qarabağ Konfransına aid sonra xəbərlər də dərc edilmişdir.
Baş redaktorun qeydlərinin bəzi hissələrində deyilir: "Hal-hazırda Qarabağ münaqişəsinin müxtəlif tərəflərinə və onda təsir qoyan dəyişikliklərin artmasına, habelə bu konfliktin ölkəmizin milli maraqlarına mənfi təsirlərinə diqqət etməklə belə nəzərə gəlir ki, ölkənin elmi-tədqiqat mərkəz və nəşriyyatları tərəfindən bu münaqişənin müxtəlif tərəflərinin araşdırılması gündəmə gəlməlidir. Buna əsaslanaraq bundan sonra Azər Aran jurnalı Qarabağ barədə məsələlərə aid yazılarla nəşr ediləcək. Ümidvarıq ki, bu milli maraqların təmini və Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında bir addım olacaqdır".
  • Yazılıb
  • da (də) 2013 Nov 21