Tarix : 2013 Nov 23
Kod 40961

Türkiyənin xarici işlər naziri noyabrın 25-də İrana səfər edəcək

İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Arannews-Məhəmməd Cavad Zərif Əhməd Davudoğlu ilə İranla “altılıq” ölkələri arasında Cenevrədə aparılan nüvə müzakirələri ilə bağlı fikir mübadiləsi aparıb .

Eyni zamanda Ə.Davudoğlu iranlı həmkarına İranın Livandakı səfirliyinə hücum nəticəsində diplomatik korpusun personalından iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib .

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri noyabrın 25-də İrana səfər edəcək. Ə. Davudoğlu səfər çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə ikitərəfli əlaqələrin inkişafı, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Türkiyənin xarici işlər nazirinin noyabrın 24-26-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclasında iştirakı da gözlənilir


  • Yazılıb
  • da (də) 2013 Nov 23