Tarix : 2013 Nov 23
Kod 40963

Sionist rejimin İran vətəndaşı ilə bağlı yeni iddiası

Sionist rejimin kanal 10 adlı telekanalı İsrailin Bakıdakı səfirliyinə qarşı “hücum plan”ının qarşısıalındığını iddia edərək, bir İran vətəndaşının bunula bağlı həbs olunduğunu elan edib

Sionist rejimin kanal 10 adlı telekanalı İsrailin Bakıdakı səfirliyinə qarşı “hücum plan”ının qarşısıalındığını iddia edərək, bir İran vətəndaşının bunula bağlı həbs olunduğunu elan edib.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Sionist rejimin kanal 10 televiziyası iddia edib ki, İsrail və Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının həyata keçırdiyi birgə əməliyyat nəticəsində “səfirliyə hücum planın”qarşısı alınıb və tutulan İran vətəndaşının evindən İsrail səfirliyinin şəkilləri və silah aşkar olunub.

ANSA agentliyinin xəbərində Sionist rejim telekanalının barəsində iddia etdiyi iranlı vətəndaşın adı çəkilməyib.

Hələ rəsmi Bakı sionist rejim TV-sinin yaydığı bu xəbərdən məlumatsız olduğunu bildirir!!

Təxminən 20 gün öncə Həsən Fərəci adlı İran vətəndaşı sionist rejimin Bakıdakı səfirliyinin önündən keçdiyi zaman əsassız olaraq həbs olunub vəpolisdə işgəncələrə məruz qalıb. Bəzi məlumatlı mənbələr onun sionist rejimin Mossad terror təşkilatının Bakıdakı məmurları tərəfindən istintaq olunduğunu da demişlər.

 

 


  • Yazılıb
  • da (də) 2013 Nov 23