İran İslam Respublikasının Bakıdakı konsulu Möhsün Mövlayi Azərbaycan Respublikasında həbs olunan İran vətəndaşı Həsən Fərəci ilə görüşdükdən sonra, onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin İranın Bakıdakı konsulluğunun məsul şəxslərinə İsrailin Bakıdakı səfirliyinin önündə həbs olunmuş İran vətəndaşı Həsən Fərəci ilə görüş icazəsinin verilməməsi ilə bağlı ciddi mövqe bildirməsi və bu məsələdən narazılıq etməsinin ardınca, Azərbaycan Respublikası hökuməti görüş üçün şərait yaradıb.
İran İslam Respublikasının Bakıdakı konsulu Möhsün Mövlayi Azərbaycan Respublikasında həbs olunan İran vətəndaşı Həsən Fərəci ilə görüşdükdən sonra, onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Azərbaycan Respublikası hökuməti İran vətəndaşı Həsən Fərəcinin qeyri-qanuni həbsindən 20 gün sonra və uzun müddət təxirin ardınca nəhayət bu görüşün baş tutmasına şərait yaradıb.
Bu İran vətəndaşı İranın Bakıdakı konsulu ilə görüşdə İran İslam Respublikasının İran vətəndaşlarının taleyinə olan diqqətinə görə təşəkkür edərək, ailəsinə sağ-salamat olduğunun bildirilməsini istəyib.
O, bütün ittihamları rədd edərək, deyib: İstintaq prosesi başa çatıb və ümidvaram mənim günahsızlığım Azərbaycan Respublikası rəsmilərinə sübut olmuş olsun.
İranın Bakıdakı konsulu görüşün ardınca Həsən Fərəcinin vəziyyətinin yaxşı olduğunu elan edərək, onun azadlığa buraxılması istiqamətində lazımi işlərin davam etdiyini bildirib.
İranın Bakıdakı səfirliyi 20 gün öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayaraq, konsulun Həsən Fərəci ilə görüşünə şəraitin yaradılmasını istəmişdi.