Tarix : 2013 Nov 23
Kod 40973

İmam Hüseynə (ə) əza saxlayıb ağlamaq

Peyğəmbər (s) sünnəsində imam Hüseynə (ə) ağlamaq və əzadarlıq mərasimi keçirmək:
Peyğəmbər (s) sünnəsində imam Hüseynə (ə) ağlamaq və əzadarlıq mərasimi keçirmək:

Peyğəmbərin (s) imam Hüseynə (ə) ağlaması:
Peyğəmbərin (s) imam Hüseynə həddən artıq məhəbbət və ehtiram göstərməsi bir çoxlarının heyrət və təəccübünə səbəb olmuş və olmaqdadır. Eyni zamanda, belə fərdlər daimi olaraq özlərinə belə bir sualı verirlər: “Görəsən, nə üçün Allahın Rəsulu (s) digərlərinin gözü qabağında qızının övladı olan imam Hüseyni (ə) həddən artıq öpər, onu əzizləyər və nəvaziş göstərərdi? Bu nəvazişlər sadəcə babanın nəvəsinə göstərdiyi qayğı və məhəbbətdən ibarət idimi? Yoxsa, bu məsələnin başqa bir sirri vardı?”
Bu sualın cavabı Peyğəmbər (s) sünnəsini təşkil edən o həzrətin əməl və rəftarlarına nəzər saldıqda, bizim üçün aydınlaşacaq.

1. İmam Hüseynin (ə) dünyaya gəldiyi ilk günlərdə Peyğəmbərin (s) ağlaması:
“Müstədrəkus-səhihəyn” və İbn Əkasirin “Tarix” kitabında, Xarəzminin “Məqtəl” və digər əsərlərdə Ümmül-Fəzl binti Harisdən belə nəql edilmişdir: “Harisin qızı Ümmü Fəzl Peyğəmbərin (s) hüzuruna gələrək o həzrətə dünən gecə bir yuxu gördüyünü deyir. Peyğəmbər (s) nə gördüyünü soruşduqda, qorxulu yuxu olduğunu deyir və nəql edir ki, siz bədəninizdən bir parça əti kəsərək mənim qucağıma qoydunuz. Peyğəmbər (s) buyurur ki, inşaallah xeyirli yuxudur və Fatimənin (ə) bir oğlu dünyaya gələcək və uşağı sənin qucağına qoyacaqlar. Bir müddətdən sonra Fatimə (s) Hüseyni (ə) dünyaya gətirdi və Peyğəmbərin (s) buyurduğu kimi, onu mənim qucağıma qoydular. Sonra mən imam Hüseyni (ə) gətirib Peyğəmbərin (s) qucağına qoydum. Peyğəmbər (s) mənə mehribanlıq göstərdi və gözləri yaşla doldu. MƏn soruşdum ki, ey Allahın Rəsulu (s), anam-atam sizə fəda olsun, nə üçün ağlayırsınız? Peyğəmbər (s) buyurdu: “Cəbrayıl nazil olaraq məndən sonra övladımın tezliklə ümmətim tərəfindən qətlə yetiriləcəyini söylədi.” Mən soruşdum ki, bu Hüseyni (ə) deyirsiniz? “Bəli!” – deyə cavab verdi və Kərbəla torpağından bir qədərini mənə göstərdi.”
Hakim bu rəvayəti nəql etdikdən sonra belə deyir: “Bu hədis Buxari və Müslimin nəzərdə tutduğu şərtlərə uyğun və səhih hədislərdəndir, amma onların heç biri bu rəvayəti nəql etməmişdir.” (“Mustədrəkus-səhihəyn”, c.3, səh. 176 və ixtisarla səh. 179; “İmam Hüseynin (ə) şərhi-halı ilə bağlı Şam tarixi”, səh. 183; hədis 232; “Məcməuz-zəvaid”, c.9, səh. 179; Xarəzmi, “Məqtəl”, c.1, səh. 159 və səh. 162-də hədis fərqli ifadələrlə qeyd edilib; İbn Kəsir, “Tarix”, c.6, səh. 230 və c.8, səh. 199-da hədisə işarə edilmişdir; Əs-Səcri, “Əmali”, səh. 188;
Eyni zamanda, bu mənbələrə müraciət edə bilərsiniz: İbn Səbbağ Maliki, “Əl-fusulul-muhimmə”, səh. 154; “Röovzətun-nəzir”, c.1, səh. 89; “Əs-Səvaiqul-muhriqə”, səh. 115; “Kənzul-ummal”, qədim çapı, c.6, səh. 223; “Xəsaisul-kubra”, c.2, səh. 125)

2. İmam Hüseynin (ə) bir yaşında Peyğəmbərin (s) ona ağlaması:
Xarəzmi özünün “Məqtəl” kitabında belə yazır: “İmam Hüseynin (ə) bir yaşı olduğu zaman, siması qana bulaşmış on iki mələk Peyğəmbərə (s) nazil olaraq tezliklə onun başına gələcək hadisələrdən Peyğəmbəri (s) xəbərdar etdi.” (Xarəzmi, “Məqtəlul-Hüseyn (ə)”, c.1, səh. 163)
Əlbəttə, bu rəvayətdə Peyğəmbərin (s) ağlamasına işarə olunmasa da, digər rəvayətlərdən o həzrətin ağlaması məlum olur.

3. İmam Hüseynin (ə) iki yaşında Peyğəmbərin (s) ona ağlaması:
İmam Hüseynin (ə) iki yaşı olanda Peyğəmbər (s) səfərə çıxmışdı. O həzrət yolun yarısında dayanaraq “inna lillah və inna iləyhi raciun” (həqiqətən, biz Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq) zikrini deyir və ağlamağa başlayır. Yanındakı şəxslər Peyğəmbərdən (s) nə üçün ağladığını soruşduqda, cavab verir ki, Cəbrayıl nazil olaraq Fərat çayının yaxınlığındakı Kərbəla adlı yerdə Hüseynin (ə) qətlə yetiriləcəyi və şəhid olacağı xəbərini mənə bildirdi. Allahın Rəsulundan (s) onu kimin şəhadətə yetirəcəyini soruşdular. Peyğəmbər (s) onun Yezid (Allah ona lənət eləsin) olduğunu bildirdi və buyurdu ki, sanki qətligahda onun başının kəsildiyini və Yezid məluna hədiyyə aparıldığını görürəm. Allaha and olsun, onun kəsilmiş başını görən zaman, qəlbində Allah məhəbbəti olmayanlardan başqa, heç kim sevinməz.
İbn Abbasdan belə nəql edilmişdir: “Allahın Rəsulu (s) səfərdən qayıtdığı zaman kədərli və qüssəli halda minbərə çıxdı və camaat üçün xütbə söyləməyə başladı. Onları moizə etdi. İmam Həsən (ə) və imamn Hüseyn (ə) də camaatın arasında idilər. Xütbəni bitirdikdən sonra Peyğəmbər (s) sağ əlini imam Həsənin (ə), sol əlini də imam Hüseynin (ə) başına qoyaraq başını göyə qaldırdı və belə dedi: “İlahi, mən Məhəmməd sənin bəndən və peyğəmbərinəm və bu iki nəfər də mənim yer üzərindəki ən üstün olan canişin və nəvələrimdir. İlahi, Cəbrayıl mənə xəbər verdi ki, bu nəvəmi qətlə yetirəcəklər.İlahi, ona ölümü asan elə və onu şəhidlərin sərvəri et. Həqiqətən, sən hər bir şeyə qadirsən. İlahi, onun qatilinə lənət elə!” Peyğəmbər (s) bu sözləri söyləyəndə bütün məscid əhli ağlayaraq ah-nalə etməyə başladı. Peyğəmbər (s) buyurdu ki, ağlayır, amma ona kömək etmirsiniz?! İlahi, sən özün ona yardımçı və köməkçi ol!”
İbn Abbas deyir: “Peyğəmbər (s) sonra bir daha məscidə qayıtdı. Bu dəfə onun rəngi qaçmış, siması toz-torpağa bulaşmışdı. Sonra gözlərindən yaş axdığı halda, qeyri-adi bir xütbə oxudu. Daha sonra belə buyurdu: “Ey insanlar, mən özümdən sonra sizin aranızda iki ağır əmanət qoyuram. Onlardan biri Allahın kitabı, digəri isə mənim həyatımın meyvəsi olan itrətimdir və onlar qiyamətdə kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir-birindən heç zaman ayrılmazlar. Bilin ki, peyğəmbərliyim müqabilində mən sizdən yaxınlarıma nisbətdə məhəbbət bəsləməyi istəyirəm. Diqqətli olun ki, mənimlə hovuzun kənarında görüşərkən nəslimdən olanların haqqına zülm etmiş halda mənimlə görüşməyəsiniz. Bilin ki, cəbrayıl mənə ümmətim tərəfindən Hüseynin (ə) Kərbəla torpağında qətlə yetiriləcəyini xəbər vermişdir və Allahın lənəti qiyamətə qədər onun qatilinə olacaq.””
İbn Abbas deyir ki, sonra Peyğəmbər (s) minbərdən düşdü, mühacir və ənsardan elə bir şəxs qalmadı ki, onlar imam Hüseynin (ə) şəhadətə çatacağı barədə yəqinə çatmamış olsun. (Əhməd ibn Əsəm Kufi, “Əl-Futuh”, c.4, səh. 325)

4. Ümmətin Peyğəmbər (s) xanədanına kinli olması üçün o həzrətin ağlaması:
Yunis ibn Hubab Ənəs ibn Malikdən belə nəql edir: “MənAllahın Rəsulu (s) və Əli ibn Əbu Taliblə (ə) birlikdə idim və biz Mədinənin ətrafındakı bir bağın yanından keçirdik. Həzrət Əli (ə) buyurdu ki, ey Allahın Rəsulu (s), necə də gözəl bağdır! Peyğımbər belə cavab verdi: “Sənin cənnətdəki bağın bundan da gözəldir.” Beləliklə, biz yeddi bağın yanından ötdükdə, onlar arasında bu cür söhbətlər oldu. Sonra Peyğəmbər (s) dayandı və biz də dayandıq. Başını həzrət Əlinin (ə) çiyninə qoyaraq ağlamağa başladı. Həzrət Əli (ə) soruşdu ki, ey Allahın Rəsulu (s), ağlamağınıza nə səbəb oldu? Peyğəmbər (s) buyurdu: “Mən dünyadan getdikdən sonra bu qövmün qəlbindəki kin və düşmənçiliklərin aşkar olacağına görə ağlayıram.“” (“Məcməuz-zəvaid”, c.9, səh. 118; “Kənzul-ummal”, c.13, səh. 176; “Nəhcül-bəlağənin şərhi”, c.3, səh. 107; Xarəzmi, “Mənaqib”, səh. 650; “Yənabiul-məvəddəh”, c.1, səh. 134)

5. Ümmü Sələmənin söylədiyi hədis:
Peyğəmbərin (s) pak xüsusiyyətli və seçilmiş xüsusiyyətlərə malik zövcəsi Ümmü Sələmə o həzrətin həyatında baş verən mühüm hadisələ barədə nəql etmişdir. O, Peyğəmbərin (s) imam Hüseynə (ə) ağlaması məsələsini bu cür nəql edir: “Bir gün Allahın Rəsulu (s) mənim otağımd olarkən belə buyurdu: “Heç kəsi mənim otağıma buraxma.” Otağın çölündə gözləyirdim ki, kimsə gəlsə, içəri girməsinə icazə verməyim. Bu zaman imam Hüseyn (ə) gəldi və Peyğəmbərin (s) ağlamaq səsi otağın içindən eşidilməyə başladı. MƏn otağın içinə daxil olum və gördüm ki, Hüseyn (ə) Peyğəmbərin (s) dizi üstündə oturub və o həzrət əlini onun başına çəkərək ağlayır. Mən dedim ki, Allaha and olsun, mən Hüseynin (ə) otağa daxil olmasını bilmədim, ki, ona mane olam. Peyğəmbər (s) buyurdu: “İndi cəbrayıl mənimlə idi. Məndən soruşdu ki, Hüseyni (ə) çox istəyirsənmi? Mən “Bəli!” – deyərək cavab verdim. Bildirdi ki, ümmətim onu Kərbəla adlı yerdə qətlə yetirəcək.” Daha sonra Kərbəla torpağından bir qədərini mənə göstərdi.” (“Məcməuz-zəvaid”, c.9, səh. 189)
Bu hədisi nəql edən Heysəmi belə yazır: “Bu hədisi Təbərani nəql etmişdir və onun sənədlərinin birində hədisi nəql edənlərin hamısı (hədisin ricalları) siqədir (doğru danışandır).” (“Məcməuz-zəvaid”, c.9, səh. 189)
Eyni zamanda, başqa bir hədisdə belə yazır: “Peyğəmbər (s) mənə buyurdu: “Otaqın qabağında əyləşib kiminsə içəri daxil olmasına icazə vermə.” Mən də otağın qabağında oturmuşdum. Bu zaman Hüseyn (ə) gəldi və mən onun içəri girməsinə mane olmaq istədikdə, məndən qabq otağa daxil oldu. MƏn də içəri girib dedim ki, ey Allahın Rəsulu, mənə kimsəni içəri girməyə qoymamağı tapşırmışdınız, amma nəvəniz gəldiyində ona mane ola bilmədim. Uzun müddətdən sonra yenə otağa daxil oldum və gördüm ki, Peyğəmbərin (s) əlində nəsə var və o həzrətin gözlərindən yaş axır. Ağlamasının səbəbini soruşduqda, cavab verdi ki, indi Cəbrayıl nazil olaraq Hüseynin (ə) ümmətim tərəfindən qətlə yetiriləcəyini bildirdi və Kərbəla türbətindən mənə bir qədər gətirdi. Onu əlimdə saxlamışam. ” (Təbərani, “Əl-Mucəmul-kəbir”, c.3, səh. 109; İbn Rahəvey, “Müsnəd”, c.4, səh. 131)

6. Ayişənin nəql etdiyi hədis:
Peyğəmbərin (s) digər zövcəsi Ayişə belə nəql edir: “İmam Hüseyn (ə) Peyğəmbərin (s) yanına daxil olduğu zaman. Peyğəmbərə (s) vəhy nazil olmuşdu və Cəbrayıl orada idi. Cəbrayıl Peyğəmbərdən(s) soruşdu: “Ey Məhəmməd, Hüseyni çox istəyirsən?” Peyğəmbər (s) buyurdu ki, öz nəvəmi nə üçün çox istəməyim?! Cəbrayıl xəbər verdi ki, səndən sonra ümmətin onu öldürəcək. Daha sonra Peyğəmbərə (s) ağ rəngli torpaq verdi. Sonra Peyğəmbər (s) gözləri yaşla dolduğu halda, Əli (ə), Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar və Əbuzərin yanına getdi. Onlar Peyğəmbərdən (s) nə üçün ağladığını soruşdular. Peyğəmbər (s) buyurdu: “Cəbrayıl nazil olaraq Hüseynin Tif adlı yerdə öldürüləcəyini mənə xəbər verdi və bu torpağı gətirdi. O, həmin yerdə dəfn ediləcək.”” (Təbərani, “Əl-Mucəmul-kəbir”, c.3, səh. 107; “Məcməuz-zəvaid”, c.9, səh. 187; İbn Əkasir, “Tərcumətul-imamil-Hüseyn (ə)”, c.7, səh. 260)

7. İmam Hüseynin (ə) şəhadətindən sonra Peyğəmbərin (s) əzadarlığı:
Səlma belə nəql edir: “Mən Ümmü Sələmənin yanına getdikdə, o. ağlayırdı. Ondan nə üçün ağladığını soruşdum. Cavab verdi ki, yuxuda Peyğəmbəri (s) görmüşəm. Onun üz-gözü və saçı toz-torpağa bulaşmış idi. Mən Peyğəmbərdən (s) nə üçün bu halda olduğunu soruşdum. Peyğəmbər (s) buyurdu ki, indicə Hüseynin (ə) öldürülməsinin şahidi oldum.” (“Sünəni Tirmizi”, c.12, səh. 195; “Kitabu fəzailis-səhabə”, “Mənaqibu Həsən (ə) vəl Hüseyn (ə)” bölməsi)
Yuxarlda qeyd etdiklərimizdən məlum olur ki, Peyğəmbər (s) də illərlə əvvəl imam Hüseyn (ə) şəhid olmamışdan və Aşura hadisəsindən qabaq ona əzadarlıq məclisi təşkil edərək ağlamışdır. Bu məsələnin özü əzadarlıq mərasiminin əhəmiyyət daşıdığını bildirir.
Görəsən, Allah Rəsulunun (s) əməli sünnə və rəftarı imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirməklə bağlı ən yaxşı dəlil və onun bərpası ilə əlaqədar höccət hesab edilmirmi?

Məsumların sünnəsində imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirmək:


1. Əmirəl-mömininin (ə) Kərbəla hadisəsindən illərlə əvvəl bu məsələyə ağlaması:
Şiə hədis mənbələrində həzrət Əlidən (ə) də oğlu imam Hüseynin (ə) qətlə yetiriləcəyini eşitdikdən sonra Peyğəmbər (s) kimi, ağlayaraq göz yaşı tökməsi nəql edilmişdir. Biz burada əhli-sünnə mənbələrindən iki nümunəni diqqətinizə çatdırmaqla kifayətlənirik:
Nuccəyi Həzrəmi belə nəql edir: “Siffeyn döyüşünə yola düşdüyümüz zaman imam Əli (ə) Neynəva adlı yerdə uca səslə belə buyurdu: “Ey Əba Əbdillah, Fəratın kənarında səbirli ol!” O həzrət bu ifadələri iki dəfə təkrara elədi. Mən nə üçün belə söylədiyini soruşduğumda, cavab verdi ki, bir gün Peyğəmbərin (s) yanına daxil olduğumda, onun gözlərinin yaşla dolduğunu və ağladığını gördüm. Mən soruşdum ki, ey Allahın Rəsulu (s), sizi kimsə narahat etdiyi üçün ağlayırsınız? Bir qədər əvvəl Cəbrayıl nazil olaraq mənə Hüseynin (ə) fəratın kənarında qətlə yetiriləcəyini bildirdi və dedi ki, isətyirsənmi sənə həmin torpaqdan bir qədər gətirim? Mən “Bəli!” – deyərək cavab verdim və o, əllərini uzadaraq Hüseynin (ə) şəhid olacağı yerin torpağından bir ovuc mənə verdi. Mən ağlamağımın qarşısını ala bilmədim.” (“Məcməuz-zəvaid”, c.9, səh. 187)
Heysəmi bu rəvayəti nəql etdikdən sonra belə yazır: “Bu rəvayəti Əhməd, Əbu Yəla, Bəzzaz, Təbərani nəql etmişdir və onun bütün raviləri siqədir. Həmçinin, başqaları dab u rəvayəti nəql etmişlər.”(Heysəmi, (“Məcməuz-zəvaid”, c.9, səh. 187)
İmam Əlinin (ə) Siffeyndə Aşura hadisəsindən illərlə əvvəl ağlaması barədəki digər nəql:
İbn Həcər “Əs-Səvaiqul-muhriqə” kitabının müəllifi İbn Səd Şöbidən belə nəql edir:
“Həzrət Əli (ə) Siffeynə tərəf yola düşür və Neynəva adlı yerə çatır. Həmin məntəqənin adını soruşduqda, buranın adının KƏrbəla olduğunu bildirirlər. Kərbəla adını eşitdikdə, o həzrət o qədər ağlayır ki, gözünün yaşı torpağı isladır. Sonra buyurur ki, mən Peyğəmbərin (s) yanına getdiyim zaman onun ağladığını gördüm.Soruşdum ki, sizin ağlamağınıza nə səbəb olmuşdur? Peyğəmbər (s) buyurdu ki, bir qədər əvvəl Cəbrayıl nazil olmuşdu. O, Hüseynin (ə) Fəratın kənarındakı Kərbəla torpağında şəhid ediləcəyi xəbərini mənə gətirdi və həmin torpaqdan bir qədər torpaq verdi ki, onu iyləyim. Mən də özümü saxlaya bilməyib ağladım.”(Əhməd ibn Həcər Heysəmi, “Əs-Səvaiqul-muhriqə”, səh. 193)

2. Xanım Fatimənin (ə) məhşərdə əzadarlığı:
Xanım Fatimənin (ə) məhşərdə o həzrətə əzadarlıq mərasimi keçirəcəyi ilə bağlı nəql edilən məsələlər də bu məsələnin əhəmiyyəti ilə bağlı ən tutarlı və möhkəm dəlillərdəndir. Əhli-beytə (ə) məhəbbəti olanların da bu sünnəni davam etdirərək imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirməsi bəyənilən məsələlərdəndir.
Əli ibn Məhəmməd Şafei Məğazili Əbu Əhməd Amirdən, o, imam Rzadan (ə) və imam Rza (ə) da ata-babasından Əmirəl-mömininin (ə) Peyğəmbərdən (s) belə nəql etdiyini söyləyir: “Xanm Fatimə (ə) imam Hüseynin (ə) qanlı köynəyini əlində tutaraq məhşərə daxil olar və ərşin sütunlarının birindən yapışaraq belə deyər: “Ey ədalətli Allah, mənimlə oğlumun qatili arasında hökm ver!”Kəbənin Rəbbinə and olsun ki, Allah bu barədə xüsusi bir hökm verərək qəzavət edəcək.” (Məğazili, “MƏnaqibu Əliyyibni Əbi Talib (ə)”, səh. 66; Qunduzi, “Yənabiul-məvəddəh li zəvil-qurba”, c.3, səh. 47)
Bütün qeyd edilənlərdən və məsum imamların da həyatında həyata keçirilən əzadarlıq mərasimindən Əhli-beytə (ə) məhəbbət və sevgisi olanlar bu sünnə və ənənəni davam etdirməyi, eyni zamanda, imam Hüseyn (ə) və Kərbəla şəhidlərini qiyamətdə xanım Zəhraya (ə) qovuşana və Allah bu barədə qəzavət edənə qədər unutmamağı düşünür.

3. Şiə imamlarının əzadarlıq etməsi və ağlaması:
Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi o həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı tökmək olmuşdur. Həqiqətdə, camaat arasında imam Hüseynə rövzə oxuyub mərsiyə demək ənənəsinin əsasını qoyanlar elə əvvəldən imamlar olmuş və bu mərasimin zamanla şiələrin təfəkkür və düşüncəsində özünəməxsus yer tutmasına səbəb olmuşdur.
Nəticədə, şiələr məskunlaşan məntəqələrdə belə məclis və mərasimlərin keçirilməsi yenicə meydana çıxan, yadellilər tərəfindən uydurulan və quraşdırılan, yaxud da digər məzhəblərə təqlid edilən bir məsələ deyildir. Əksinə, əzadarlıq mərasimləri şiə imamlarının həyatda olduqları zamanlarda əsasını qoymuş olduğu və təşkil etdiyi, eyni zamanda, bu məsələlərə təkid etdiyi bir mərasimdir. Onlar öz ifadə və sözlərində də bu ilahi nişanənin yaşadılaraq dirçəldilməsi və imam Hüseynin (ə) şəhadətinin ildönümündə əzadarlıq mərasimlərinin keçirilməsinə diqqət yetirilməsini bildirmiş və belə məclislərdə axıdılan göz yaşlarına böyük mükafat və savabların verilməsini vəd etmişlər.
Adı dillərdə əzbər olan Kərbəla şəhidi imam Hüseyn (ə) buyurmuşdur: “Kim bizim əzadarlıq məclisimiz və müsibətimizdə bir damla göz yaşı axıtsa, Allah ona cənnəti nəsib edəcək.” (“Zəxairul-uqba”, səh. 19; “Yənabiul-məvəddəh”, c.2, səh. 117)
İmam Səccadın (ə) Kərbəla hadisəsindən sonra, bir an da olsun göz yaşları dayanmamışdır. Onu bu halda görənlər ağlamasının səbəbini soruşduqda, o həzrət belə buyurardı: “Bu məsələdə məni məzəmmət eləməyin. Həzrət Yaqub (ə) müəyyən müddət öz oğlundan ayrı düşdüyü zaman, o qədər ağladı ki, sonunda gözləri kor oldu. Halbu ki, Yusifin (ə) ölmədiyini bilirdi. Amma bir gün ərzində mənim gözlərimin önündə ailə üzvlərimdən on dörd nəfərin başını bədənindən ayırdılar. Belə olduğu halda, siz kədərin məndən uzaq olacağını düşünürsünüz?!” (Məzzi, “Təhzibul-kəmal”, c.20, səh. 399; “Əl-Bidayətu vən-nihayə”, c.9, səh. 125; “Tarixu mədinəti Dəməşq”, c.41, səh. 386)
Daimi hüzn və kədər faciənin böyüklüyünə dəlildir və digər tərəfdən, imam Səccad (ə) bu əməli ilə bütün möminlərə yol göstərir ki, Aşura hadisəsi və imam Hüseynin (ə) şəhadəti məsələsini qiyamətə qədər yaşatmaq lazımdır.
İmam Baqir (ə) də öz atası imam Səccaddan (ə) nəq etdiyi bir hədisə istinad edərək Aşura hadisəsinin dirçəldilməsi və onun əbədiliyinə işarə edir və əzadarlıq mərasiminin müdafiəsinə qalxır: “Atam Əli ibn Hüseyn (ə) belə buyurardı: “Hansı bir möminin gözündən imam Hüseyn (ə) və onun əsahbı üçün yaş axsa, Allah həmin möminə cənnətdə otaq ayırar. Bizim müsibətlərimizə görə hansı möminin göz yaşı azünə axaraq cari olsa, Allah dərgahında yüksək bir məqama nail olar.”” (Qunduzi, “Yənabiul-məvəddəh li zəvil-qurba”, c.3, səh. 102; İbn Həcər, “Əl-İsabə”,c.2, səh. 438; “Lisanul-mizan”, c.2, səh. 451)
İmam Sadiq (ə) də imam Hüseynin (ə) əzadarlıq mərasimi barədə sifariş edərək Aşura və Kərbəla hadisəsinin yad edilməsini tapşırır və buyurur: “Aşura günüdə baş verən hadisə bizim qəlblərimizə od vurdu və gözlərimizin yaşla dolmasına səbəb oldu. Biz Kərbəla qəm-kədərinin varisləriyik. Ağlayanlar imam Hsüeynə (ə) ağlasınlar, çünki ey möminlər, ona göz yaşı tökmək günahların məhv olmasına səbəb olar.” (Əbu İshaq Əsfərayini, “Nurul-uyun fi məşhədil-Hüseyn”, səh. 84)
Əzadarlıq mərasimi ilə bağlı səhabələrin sünnəsi:

Səhabələrin əzadarlı mərasimi keçirməsi:

Əhli-sünnənin ədalətli hesab etdiyi və onların əməlini höccət olaraq qəbul etdiyi bəzi səhabələr, xüsusən də, Məkkə və Mədinə əhalisinin İslam Peyğəmbərinin (s) vəfatından sonra o həzrətə əzadarlıq mərasimləri təşkil etməsi əzadarlıq məclisilərinin şəri olması ilə bağlı digər əsaslı dəlillərdən hesab olunur. Həmin zamanlarda heç kəs əzadarlıq mərasiminə bidət olaraq baxmır və onu bidət hesab etmirdi.

1. Allah Rəsulunun (s) vəfatından sonra Məkkə əhalisinin əzadarlıq keçirməsi:
Səd ibn Müseyyibin nəqlinə əsasən, Peyğəmbərin (s) vəfatı zamanı Məkkə əhalisinin ağlama və ah-nalə səsindən şəhər lərzəyə gəlmişdi. Məkkə əhalisi o həzrətin vəfatından sonra hamılıqla ağlayırdı. (Fakehi, “Əxbaru Məkkə”, c.3, səh. 80)

2. Ayişə və digər qadınların Peyğəmbərin (s) vəfatı zamanı əzadarlıq etməsi:
Ayişə belə nəql edir: “Peyğəmbəri (s) vəfat etdikdən sonra ayağa qalxdım və digər Mədinə qadınları ilə birlikdə baş-gözüm və sinəmə vurmağa başladım.” (“Əs-Sirətun-nəbəviyyə”, .4, səh. 305)


3. Əmirəl-mömininin (ə) Məhəmməd ibn Əbu Bəkrə ağlaması:
“Təzkirətul-xəvas” kitabının müəllifi belə yazır: “Məhəmməd ibn Əbu Bəkrin qətlə yetirilməsi xəbəri Əmirəl-möminin Əliyə (ə) yetişdikdə, o həzrət kədərlənərək ağlamağa başladı və təəssüflənərək onun qatillərinə lənət göndərdi.” (“Təzkirətul-xəvas”, səh. 102)

4. Ömərin Neman ibn Məqruna əzadarlıq etməsi:
Neman ibn Məqrunun ölüm xəbərini Ömərə bildirdikdə, o, əlini başına qoyaraq ağlamağa başladı.
İbn Əbi Şeybə “Musnəf” kitabında belə yazır: “Əbu Osman deyir ki, Neman ibn Məqrunun ölüm xəbərini Ömərə bildirdiyim zaman, o, əlini başına qoyaraq ağlamağa başldı.” (İbn Əbi Şeybə Kufi, “Musnəf”, c.3, səh. 175 və c.8, səh. 21)

5. Ömərin qadınların Xalid ibn Vəlidə əzadarlıq etməsinə icazəverməsi və onlarla birlikdə əzadarlıqda iştirakı:
Hakim “Mustədrək” kitabında belə yazır: “Əbu vail belə deyir: “Ömər ibn Xəttaba dedilər ki, Müğeyrə qəbiləsindən olan qadınlar Xalid ibn Vəlidin evinə yığışıb ona əzadarlıq edərək ağlayırlar. Sənin isə bu işdən acığın gəlir. Əgər mümkündürsə, onları bu işdən çəkindir.” Ömər dedi: “Onların bir qədər göz yaşı axıtmasının nə eybi var, əlbətə, bu şərtlə ki, özlərini vurmaq və fəryad eləməklə olmasın.”” (“Əl-Mustədrəku ələs-səhihəyn”, c.3, səh. 336)
“Əğani” kitabının müəllifi bu barədə belə qeyd edir: “Əbu Bəkr Hizli deyir: “Ömər ibn Xəttab Bəni-Məxzum qəbiləsindən olan qadınların Xalid ibn Vəlidin evinə toplaşaraq ağladığqlarını eşitdikdə, o da, onlara qoşularaq ağladı və belə dedi: “Bəni-Məxzum qadınlarına deyin ki, Əbu Süleymanın barəsində nə istəsələr eləsinlər. Onun barəsində “ağlaya bilənlər ona ağlasın” deyənlər yalan deməmişlər.””” (“Əl-Əğani”, c.22, səh. 98)
6. Ömərin ölümü ilə bağlı İbn Məsudun əzadarlıq etməsi:
Ömərin ölümündən sonra İbn Məsud onun qəbri kənarında dayanaraq Ömərə ağladı. (“Əl-Əqdul-fərid”, c.4, səh. 283)

7. Abdullah ibn Rəvahənin Həmzəyə əzadarlıq etməsi:
Abdullah ibn Rəvahə Həmzənin ölümündə ağladı və onun ölümü ilə bağlı bir şeir qoşdu. (“Sirətun-nəbəviyyə”, c.3, səh. 171)
Mədinə camaatı və qadınların imam Hüseynin (ə) şəhid olduğunu eşitdikdə, ağlaması:
Tureyhi “Tarix” əsərində belə nəql edir: “Abdullah ibn ziyad imam Hseyni (ə) şəhid etdikdən və onun mübarək başını Əbdülməlik ibn Əbilharis Səlmiyə göndərdikdən sonra, o, belə dedi: “Onu Mədinəyə tərəf aparın və Mədinə camaatına onun şəhadəti barədə xəbər verin.” Əbdülməlik deyir ki, mən Mədinəyə gəldim və Qüreyşdən olan bir şəxs mənimlə rastlaşdı. Məndən nə baş verdiyini soruşdu. Mən əmirdə müəyyən xəbərlər olduğunu bildirdim. O, nə demək istədiyimi başa düşdü və dedi: “İnna lillah və inna ilyhi raciun” (biz Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq). Hüseyn ibn Əli (ə) qətlə yetirilib. Mədinə hakimi Ömər ibn səidin yanına daxil oldum. O, mənə dedi: “Nəxəbərlər gətirmisən?” Mən cavab verdim ki, əmirin gizli saxladığı məsələni. Hüseyn ibn Əli (ə) qətlə yetirilib. O da Mədinədə imam Hüseynin (ə) şəhadətə çatması barədə car çəkilib camaata elan edilməsinə göstəriş verdi. Allaha and olsun, mən ömrümdə Mədinə qadınlarının öz evlərində imam Hüseynin (ə) şəhadətinə görə nalə edərək ağladıqları kimi bir əzadarlığı heç bir yerdə görməmişdim...” (“Təbəri tarixi”, c.3, səh. 342)

Əhli-sünnənin nəzərində əzadarlıq mərasimi:


Əhli-sünnə nəzərində ağlamaq və göz yaşı tökmək. Əhli-sünnənin bəzi alimlərinin ağlamaq və göz yaşı ilə bağlı fətvaları:
Bəhsimizin əvvəlində ölən bir şəxsə ağlayıb göz yaşı tökməyin bəzi əhli sünnə alimlərinin fətvasına əsasən, kəbirə günahlardan olub-olmamasını araşdırmaq məsələsinə diqqət yetirməyi zəruri hesab edirik.
Nuri “Əl-Məcmu” adlı kitabında əhli-sünnə alimlərinin ağlamaq və göz yaşı tökməyin haram sayılması ilə əlaqədar məhdudiyyətlərlə bağlı düşüncə və fikirlərini qeyd etmişdir:

1. Məşhur alimlər bu etiqada malikdirlər:
 Ağlamaq və əzadarlıq mərasimi fərdin onun üçün ağlamaqla bağlı vəsiyyət etdiyi hallarda haram sayılır. Nuri də bu etiqadı nəzərdə tutmuşdur.

2. Bir qrup isə bu fikirdədir: Əzadarlıq və ağlamaq fərd onun üçün ağlamaq və əzadarlıq etməməyi vəsiyyət etmədiyi zaman haramdır.

3. Başqa bir qrup isə bu düşüncədədir: Ağlamaq və əzadarlıq meyitin yaxınlarının onu şəriətdə caiz olmayan xüsusiyyətlərlə vəsf etdikləri zaman haramdır.
 Məsələn, onun barəsində deyələr ki, ey uşaqları yetim qoyan, ey qadınları dul edən, ey abad yerləri xarab edən və sair buna bənzər xüsusiyyətlər. Belə deyib ağlamaq haramdır.


4. Digərləri isə belə düşünür: Meyitinyaxınları onun üçün ağlayıb göz yaşı axıtdıqda, meyitə əzab verirlər və o, bu səbəbdən qohumlarından narazı olar. Bu etiqada malik olan şəxslərə Məhəmməd ibn Cərir və qazi Əyazı misal göstərmək olar.
Sonda isə Nuri alimlərin bu barədə icma eədərək fikir birliyinə malik olduğunu qeyd edir: “Məzhəbindən asılı olmayaraq bütün alimlər mütləq şəkildə ağlamağın deyil, səsli şəkildə və mərsiyə deyərək ağlamağın haram və qadağan olduğunu bildirirlər.” (Nuri, “Əl-Məcmu”, c.5, səh. 308)
Beləliklə, məlum olur ki, əhli-sünnə alimlərinin nəzərində mütləq şəkildə ağlamaq heç də haram hesab edilmir.
Hicrətin 352-ci ilində imam Hüseynə (ə) zəadarlıq mərasiminin təşkil edilməsi:
Zəhəbi hicri 352-ci ildə imam Hüseynə (ə) keçirilən əzadarlıq mərasimi barədə yazır: “Sabit belə nəql edir: “Məəzuddövlə bazarlrın bağlanması barədə əmr verdi, un üyüdülməsinin dayandırdı və yemək bişirilənlərin işini saxlatdırdı. Camaatın hamısı kücə bazara töküldü və qadınlar saçlarını dağıda, başı və sinəsinə vura, ağlaya və mərsiyə deyərək imam Hüseynin (ə) şəhadəti barədə əzadarlıq mərasimi keçirdi. Bu, Bağdadda imam Hüseynə (ə) təşkil olunan və mərsiyə deyilən ilk əzadarlıq mərasimi idi.”” (“Tarixul-İslam”, c.26, səh. 11)
Əhli-sünnə alimi Sibt ibn Covzi tərəsindən imam Hüseyn (ə) üçün əzadarlıq mərasiminin təşkil edilməsi:
Əhli-ünnə alimləri arasında elə şəxsləri görmək olar ki, onlar imam Hüseynin (ə) əzadarlıq mərasimini təşkil etmişlər.
İbn Kəsir “Tarix” əsərində belə nəql edir: “Aşura günündə Sibt ibn Covzidən minbərə çıxaraq imam Hüseynin (ə) necə şəhid olunması barədə danışması istənildi. Sibt ibn Covzi camaatın istəyini qəbul edərək minbərə çıxdı və ona söykəndi. Uzun bir sükutdan sonra dəsmalı götürdü və üzünü qarşısına tutaraq şiddətli şəkildə ağlamağa başladı. Ağlaya-ağlaya bu iki beyt şeri oxudu:
ويل لمن شفعاؤه خصماؤه‏ و الصور فى نشرالخلايق ينفخ‏
لابدأن ترد القيامه فاطم‏ و قميصها بدم الحسين ملطخ‏
“Qiyamətdə insanların torpaqdan (qəbirlərdən) çıxması üçün sur çalınacağı zaman, vay olsun o şəxsin halına ki, onun düşməni şəfaətçisi olmuş ola! Sonunda Fatimeyi-Zəhra (ə) paltarı imam Hüseynin (ə) qanına bulaşmış halda məhşərə gəəcək.”
Daha sonra Sibt ibn Covzi minbərdən düşdü və ağlaya-ağlaya öz evinə tərəf yollandı.” (“Əl-Bidayətu vən-nihayə”, c.13, səh. 207 (hicri-qəməri 654-cü illərin hadisələri))
Əbdülmömin ibn Xələf üçün əzadarlıq edilməsi (hicri 346-cı il):
Əbdülmömin ibn Xələf Məhəmməd ibn Davud fiqhi məktəbinin tərəfdarlarından olmuşdur. Nəsəfi onun əzadarlıq etməsi və dəfn olunması baraədə nəql etmişdir. (İbn Əkasir, “Tarixu mədinəti Dəməşq”, c.10, səh. 272; “Seyru əlamun-nubəla”, c.15, səh. 480)
Cuyini üçün əzadarlıq (hicri 478-ci il):
Zəhəbi Cuyininin dəfn edilməsi və əzadarlıq mərasimi barədə belə yazır: “Onu atasının qəbri kənarında dəfn etdilər və əzadarlığında minbərini sındırdılar. Bazarlar bağlandı və onun matəminə qəsidələr həsr edildi. Onun dörd yüz şagirdi, qələmlərini qırdılar. Bir il ona əzadarlıq edildi və bir il müddətində də onlar başlarına bağladıqları parçaları çıxardılar. Kimsə başına parça bağlamağa cürət eləmədi. Bütün bu müddətdə onun şagirdləri küçələrdə dolaşaraq əzadarlıq edir və mərsiyələr deyirdilər. Onlar bu işdə ifrata varmışdılar.” (“Seyru əlamun-nubəla”, c.18, səh. 476)
Əlbəttə, yuxarıda qeyd edilənlərdə Əbdülmömin ibn Xələfin əzadarlığı ilə bağlı heç bir irad yoxdur. Sadəcə onun şagirdlərinin bəzi məsələrlərdə, məsələn. onun minbəri və öz qələmlərini sındırmaqda, bir il müddətində başlarına parça bağlamamaq və digərlərini də bu işlərdən çəkindirməkdə ifrata varmaları diqqəti cəlb edərək məzəmmət olunur. Ola bilsin ki, Zəhəbi də təkcə bu məsələ ilə bağlı öz nəzərini bildirmişdir. O, belə deyir: “Bu cür əməllər əcəmlərə (qeyri-ərəblərə) aiddir və din alimlərdən belə şeylər gözlənilmir.” (“Seyru əlamun-nubəla”, c.18, səh. 476)
İbn Covzi üçün əzadarlıq etmək (hicri 579-cu il):
Zəhəbi onun ölümü ilə bağlı belə yazır: “Sibt ibn Covzi Ramazan ayının on üçün cümə günündə vəfat elədi… Onun matəm mərasimində bazarlar bağlandı və dəfnində çoxlu camaat iştirak elədi. Havanın şiddətli istiliyi əzadarlıq edənlərin əksəriyyətinin oruclarını açmasına səbəb oldu. Bəziləri özlərini Dəclə çayına atdılar. Onun kəfəninin çox az bir hissəsi qaldı… Camaat Ramazan ayının sonuna qədər gecəni onun qəbri kənarında sübh elədi. Onlar, çıraq və şam yandırıd və quran oxuyurdular. Əadarlıq mərasimini şənbə günü başladıq. Natiqlər onun barəsində danışdı və belə məclislərdə çoxlu camaat iştirak etdi və ona mərsiyələr qoşuldu.” (“Seyru əlamun-nubəla”, c.18, səh. 476)
Ömər ibn Əbdüləzizin vəfatı zamanı göyün ağlaması:
Xalid Rəbii belə nəql edir: “Tövratda yer və göylərin Ömər ibn Əbdüləzizin vəfatında qırx gecə və gündüz ağlayacağı qeyd edilmişdir.” (“Ər-Rovzul-faiq”, səh. 255; “Əl-Qədir”, c.11, səh. 120)
İbn Əkasirin vəfatı zamanı (hicri 571-ci il) göyün ağlaması:
İbn Əkasirin övladı belə yazır: “Bu illərdə yağış yağmırdı. İbn Əkasir vəfat edərkən onun cənazəsini götürüb dəfn etməyə apardıqda, elə şiddətli bir yağış yağmağa başladı ki, sanki göy göz yaşları tökürdü.” (“Mucəmul-udəba”, c.4, səh. 41; “Mətərət binahiyəti Bəlxin dimau əbəyta sənəti”, 246, səh. 17)
Əhli-sünnə alimlərinin ikili rəftarı:
Beləliklə, görəsən, nə üçün əhli-sünnənin böyük tarixçiləri imam Hüseynə (ə) möhtəşəm şəkildə əzadarlıq mərasimi keçirildiyi zaman, bu mərasimə nisbətdə özlərinin sərt və pis rəftarını gizləyib saxlaya bilmirlər?
Zəhəbi Bağdad əhalisinin imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirməsi məsələsini nəql edərkən belə yazır: “Hicri 352-ci ilin Aşura günüdə Məazuddövlə Bağdad əhalisini imam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak etməyə dəvət elədi, bazarlar və yeməkxanalar bağlandı, şəhərdə matəm bayraqları dalğalandırıldı. Şiə qadınları saçları dağılmış və pərişan halda küçələrə çıxaraq camaatı fitnəyə saldılar. Bu, ilk dəfə mərsiyə deyilmə hallarından biri idi. İlahi, sən özün bizə ağıl ver!” (Zəhəbi, “Əl-Əbəru fi xəbərin mən ğəbər”, c.1, səh. 146, Ədədul-əcza 40, “Məsdərul-kitab”, movqiul-vərraq) (http://www.alwarraq.com)
Zəhəbi Aşura mərasimi ilə bağlı digər bir yerdə belə yazır: “Rafizilər (şiələr) Aşura günüdə cahiliyyət şüarlarını yayırlar.” (Zəhəbi, “Tarixul-İslam”, c.26, səh. 43)
“Rafizilər bu zamanlarda ağlamaq və mərsiyələrə deməklə öz zəlalət və azğınlıqlarını artırırlar.” (Zəhəbi, “Əl-Əbəru fi xəbərin mən ğəbər”, c.3, səh. 44)
Zəhəbi hicri 388-ci illərin hadisələrini qeyd edərkən belə yazır: “Aşura günün müqabilində ondan sonrakə səkkiz günü Müsəb ibn Zübeyrin qəl edilməsi günü təyin etmişlər və imam Hüseynin (ə) qəbrini ziyarət etdikləri kimi, Məskin adlı məntəqədə Müsəb ibn Zübeyrin də qəbrini ziyarət edirlər.” (Zəhəbi, “Tarixul-İslam”, c.27, səh. 25)
Eyni zamanda, İbn Kəsir belə deyir: “Rafizilər özlərinin pis bidətini (Aşura günündə əzadarlıq etməyi) əməli olaraq həyata keçirdilər.” (İbn Əkasir, “Əl-Bidayətu vən-nihayə”, c.11, səh. 302)
Doqquzuncu əsrdə yaşamış əhli-sünnə alimi Atabəki Bağdad əhalisinin əzadarlıq mərasimi təşkil etməsini belə xatırladır: “Misir hakimi Əli ibn Əxşidin hakimiyyətindən üç il keçirdi. Yəni, hicri 352-ci il idi. Bu ildə Məazuddövlə bazarların bağlanması, şəhərdə matəm bayraqlarının asılması barədə göstəriş verdi və camaat Hüseyn ibn Əliyə (ə) əzadarlıq məclisi keçirdi. Onların hamısı rafizi və xəbisidr.” (Cəmaləddin Atabəki, “Ən-Nucumuz-zahirə”, c.2, səh. 334)
Diqqət yetirmək lazımdır ki, əhli-sünnə öz alimlərinin ölümü ilə bağlı ifrat şəkildə əzadarlıq mərasimləri keçirmiş və hətta onlarla bağlı “asimanın ağlaması” kimi ifadələr işlətmişlər. Belə olduğu halda, həmin məsələləri təhlil etmədən ona göz yumurlar, amma məsələ imam Hüseynin (ə) əzadarlıq mərasimi ilə bağlı olduqda, o həzrətə matəm keçirən camaat barəsində rahatlıqla tünd və xoşagəlməz sözlər söyləyirlər.
  • Yazılıb
  • da (də) 2013 Nov 23