Tarix : 2013 Nov 24
Kod 40975

Ərdəbilin imam cüməsi Azərbaycan Milli Məclisinin deputatının İran xalqını təhqir etməsinə münasibət bildirib

Siz xalqın nümayəndəsisiniz, belə danışmamalısınız
Arannews - Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikasının Milli Məclisinin deputatının İran xalqını, xüsusilə də ölkənin azərilərini təhqir etməsinə reaksiya verərək deyib: "Azərbaycan Respublikasının deputatlarından biri İran İslam Respublikasının azərilərini təhqir etmiş və onlara qarşı alçaldıcı sözlər işlətmişdir. Əlbəttə, deputatların hamısı belə deyil. Amma deputat xalqın ekstraktıdır və belə danışmamalı, söyüş söyməməlidir".
İmam cümə həmin deputata xitab edərək deyib: "Əgər siz bura (İran) xalqına qarşı həssassınızsa, biz də Azərbaycan Respublikasının xalqına, əxlaqına, dininə, hicabına, qeyrətinə, dindralığına, habelə sizin islamofobiyanıza qarşı həssasıq. Siz diqqət edin və yaranmış problemdə öz səhvinizi düzəldin ki, problem yaranmasın. Sizin İrana qarşı hörmətsizlik etməyə haqqınız yoxdur".


Qeyd edək ki, ötən günlərdə Azərbaycanın Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev öz alçaldıcı çıxışında Naxçıvan sərhəddində yaranmış problemə işarə edərək iranlılara xitab edərək onları Naxçıvan yolunun bağlanmasında dövrün yezidləri adlandırıb. Halbuki, Azərbaycan Respublikasının sərhəd qüvvələri yersiz iradlar və qeyri-məntiqi hərəkətlə Biləsuvar keçid məntəqəsini bağlamışdılar.
  • Yazılıb
  • da (də) 2013 Nov 24