Tarix : 2013 Nov 24
Kod 40976

Akif Heydərli:Mövsüm Səmədovla görüşə icazə verməyib

AİP sədrinin müavini:bu görüş bizim üçün də çox vacib və əhəmiyyətlidir

Arannews- Penitensiar Xidmət Mövsüm Səmədovla razılaşdırılmış görüşə hələ cavab verməyib . Bu fikirləri AİP sədrinin müavini Akif Heydərli bildirib ."Ümidvarıq ki, bizə Penitensiar Xidmət Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin həbsdə olan sədr Mövsüm Səmədovla görüşünə icazə vercəcək.Çünki Penitensiar Xidmət imtina da etməyib ".

Akif Heydərli deyib ki, bizə sadəcə bildiriblər ki, Penitensiar Xidmət dəqiqləşdirmə işləri aparır və dəqiq hansı gündə görüş olacaqsa məlumat verəcəyik. Lakin bu vaxta qədər heç bir cavab verilməyib. Çünki bu görüş bizim üçün də çox vacib və əhəmiyyətlidir .

2011 -ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Bu il mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi 2012-ci il mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb .

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmünə görə, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Masallı ruhanisi Fəramiz Abbasova 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevə və əmisi oğlu Dəyanət Səmədova 10 il iş kəsilib .


  • Yazılıb
  • da (də) 2013 Nov 24