Allahşükür Paşazadə:Bu dəyərli kitab tarix boyunca Qafqaz regionunun mərcə təqlidləri, ayətullahları və şeyxülislamlarını tanıtdırmaq və tərcümeyi-halını açıqlamaq üçün prosesin başlanması mənasındadır
Arannews-İranlı təhqiqatçı Höccətülislam Adil Mövlayinin qələmə aldığı “Qafqaz Elm Dünyasının Ulduzları” kitabının təqdimat mərasimi Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri və onlarla parlament deputatı, dini alimlər, universitet müəllimləri, ədib və şairlərin iştirakı ilə keçirilib .
İRİB-in Bakıdan verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında keçirilən bu mərasimdə Şeyxülislam Allahşükür Paşazadə dini alimləri və onların əsərlərini məhv etmək üçün çarlar və SSRİ-nin siyasətinə toxunaraq bu kitabın ərsəyə gəlməsinin əhəmiyyətini vurğulayıb və əlavə edib: Bu dəyərli kitab tarix boyunca Qafqaz regionunun mərcə təqlidləri, ayətullahları və şeyxülislamlarını tanıtdırmaq və tərcümeyi-halını açıqlamaq üçün prosesin başlanması mənasındadır .
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin də iştirak etdiyi bu mərasimdə hakim Yeni Azərbaycan partiyasının icra katibi Mübariz Qurbanlı bu kitabın çap olunmasından razılığını bildirərək əlavə edib: Coğrafi sərhədlərin əksinə olaraq dinin sərhədi yoxdur və dini alimləri tanıtdırmaq gələcək nəsillərin özü ilə fəxr etməsini gücləndirmək üçün amildir .
Bu kitabın müəllifi Höccətülislam Adil Mövlayi Qafqazda dini alimlər barəsində araşdırmaya 14 il vaxt sərf etdiyinə toxunaraq deyib: Bu kitab kitabxana və bir sıra digər təhqiqatların aparılması ilə ərsəyə gəlib və tərcümeyi-halları qeyd olunan alimlərin şəkilləri bir rəssam tərəfindən bərpa olunmuşdur .
“Qafqaz regionu tarix boyunca tanınmış dini alimləri yetişdirmişdir” -deyən Mövlayinin sözlərinə görə, bu sahədə yeni əsərlərin yazılması üçün araşdırma aparır .
Bu məlumata görə, “Qafqaz Elm Dünyasının Ulduzları” kitabında islamın 1-ci yüzilliyindən başlayaraq indiyə qədər Qafqaz regionunun yüz təqlid mərcəyi, ayətullahı və dini aliminin əsərləri və tərcümeyi-halları qələmə alınmışdır .
Bu kitab 2000 tirajla qiymətli çapla çap olunub. Bu kitabın farscası da bir müddət öncə Tehranda çap olunub.