Tarix : 2013 Nov 24
Kod 40983

İranla "Altılıq" qrupu arasında anlaşma əldə olundu

sıx və ağır diplomatik müzakirələrdən sonra İran və 5+1 qrupu Cenevrədə anlaşma əldə ediblər

Arannews-İran və 5+1 qrupunun anlaşmasına əsasən, müzakirə tərəfləri rəsmi və yazılı şəkildə qəbul ediblər ki, İran öz ərazisində uranı zənginləşdirə bilər .

Bundan öncəyə qədər, müzakirə tərəfləri, xüsusilə də ABŞ və Fransa İranda zənginləşdirmə və onu rəsmən tanımağa kəskin şəkildə qarşı idilər. Bu razılaşmanın imzalanması ilə bu iki ölkə də öz müxalifətlərindən əl çəkərək qəbul ediblər ki, İrana qarşı neft embarqosu və digər sanksiyaları dayandırsınlar .

İran da qəbul edib ki, 6 ay müddətinə 20%-lik səviyyədə zənginləşdirməni dayandırsın və eyni zamanda Ərak, Nətənz və Fordo obyektlərində fəaliyyət davam etsin .

Qarşıda isə İrana qarşı neft embarqosu dayandırılsın və neft satışı hazırkı səviyyədə qorunsun və neft-kimya sanksiyası tam şəkildə aradan qaldırılsın .

Həmçinin avtomobilqayırma sənayesi, qəzəl və qiymətli metallar, sığorta və nəqliyyat sanksiyaları tamamilə ləğv olunur .

Həmçinin İran neftinin kənarda olan valyutasından bir hissəsi ölkəyə qayıdacaq. Bununla əlaqədar müxtəlif media və diplomatik mənbələr tərəfindən elan olunan rəqəm fərqlidir və 4-10 milyard dollar civarında sayılır .

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Katrin Aşton İran və 5+1 qrupunun anlaşma əldə etdiyini rəsmən elan ediblər .


  • Yazılıb
  • da (də) 2013 Nov 24