Tarix : 2013 Nov 24
Kod 40986

Azərbaycanda müəllim Xocalıda soyqırıma məruz qalın insanları təhqir edib!!!

məktəbin təlim tərbiyə işləri üzrə drektor müvini Gültəkin Ağayeva Xocalıda soyqırıma məruz qalın insanları təhqir eddib

Arannews- Cəlilabad rayonundakı orta məktəblərdən birində müəllim şəhidləri təhqir edib.

Bu hadisəni mobil telefonla çəkilmiş görüntülər bir neçə gün əvvəl də “YouTube” video paylaşım şəbəkəsində yayımlanmağa başlayıb .

Videoda görünür ki, Cəlilabad şəhər 8 saylı tam orta məktəbində Xocalı soyqırımı ilə bağlı kompozisiya nümayiş olunan zaman şagirdlər ifa etdikləri rolu səhnədə qeyri-ciddi canlandırır. Erməni tərəfindən “öldürülən Xocalı sakini” yerə yıxılandan sonra digər şagirdlər də səhnəyə girərək “ölən” insanın üstünə yıxılır. Bu vaxt tamaşa pozulur. Bundan qəzəblənən məktəbin təlim tərbiyə işləri üzrə drektor müvini Gültəkin Ağayeva mikrafonu götürərək bütün məktəb şagirdlərini təhqir etməyə başlayır. İddia olunur ki, xanım Xocalıda soyqırıma məruz qalın insanları da təhqir edərək səhnədən gedib .

Məsələ ilə bağlı məktəbin direktoru ilə əlaqə saxladıq. Direktor Qərənfil Əhmədova açıqlamasında hadisədən yenicə xəbər tutduğunu bildirib. Onun sözlərinə görə,Bununla bağlı polisə, təhsil idarəsinə və digər aidiyyatlı qurumlara məlumat verilib .

Məsələ ilə əlaqədar Gültəkin xanımla da danışmışam. O, deyir ki, “mən nə uşaqlara, nə dövlətə. nə də şəhidlərə qarşı pis söz işlətməmişəm”. Sadəcə olaraq bir az əsəbi danışıb. Həm də, videoda səs pis düşüb. Aydın eşitmək olmur ki, müəllimə nə deyir. Gültəkin xanım özü də polisə şikayət edərək, şantaj edildiyini bildirib ”.


  • Yazılıb
  • da (də) 2013 Nov 24