Tarix : 2013 Nov 25
Kod 40997

Azərbaycan Respublikası muzdursifət ölkə başçılarının aqibətindən ibrət almalıdırlar

Əgər Azərbaycan Respublikası başçıları Amerika, sionist rejimi himayə etməkdən əl çəkməzlərsə, onları himayə etməyin aqibəti rejimlərinin süqut etməsindən başqa bir şey olmayacaq

Arannews-İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr əvəzi deyib: Azərbaycan Respublikası muzdursifət ölkə başçılarının aqibətindən ibrət almalıdırlar .

Mənsur Həqiqətpur Azərbaycan Respublikasının İranın Bakıdakı Mədəniyyət Attaşeliyinin idarəçilik üzrə mütəxəssisini ölkədən çıxartmasına reaksiyada deyib: Əgər Azərbaycan Respublikası başçıları Amerika, İsrail və sionist rejimi himayə etməkdən əl çəkməzlərsə, onları himayə etməyin aqibəti rejimlərinin süqut etməsindən başqa bir şey olmayacaq .

Fars Xəbər Agentliyinin Ərdəbil müxbiri ilə müsahibədə bu məqama toxunan Həqiqətpur əlavə edib: Azərbaycan Respublikası başçıları iranlı işçilərin çıxarılması, İranın Bakıdakı bəzi nümayəndəliklərinin fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətindəki hərəkətlərini Azərbaycan Respublikası başçılarının hegemonçu qüdrətlərə asılı olmasının nişanəsi adlandıraraq, İran rəsmilərinin bu məsələ ilə bağlı izləmələri davam etdirdiklərini deyib.


  • Yazılıb
  • da (də) 2013 Nov 25