Tarix : 2013 Nov 26
Kod 41008

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İrandan göndərilən işçilərin ölkədən çıxarılması qarşısında sükutu

'nın İranın Bakıdakı nümayəndəliklərinə təzyiq göstərməsi və İranın Bakıdakı Mədəniyyət Attaşeliyinin daha bir işçisinin çıxarılması ilə bağlı xəbərlərin medialaşdırılmasına rəğmən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu xüsusda sükut edir

Bakının İranın Bakıdakı nümayəndəliklərinə təzyiq göstərməsi və İranın Bakıdakı Mədəniyyət Attaşeliyinin daha bir işçisinin çıxarılması ilə bağlı xəbərlərin medialaşdırılmasına rəğmən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu xüsusda sükut edir.

Xəbər mənbələrinin verdikləri məlumata görə, Azərbaycan Respublikası İran ilə münasibətlərində gərginliyin yaradılması ilə bağlı sionist rejim qarşısındakı öhdəlikləri çərçivəsində Vyana Konvensiyasını pozaraq İranın Bakıdakı Mədəniyyət Attaşeliyinin məsul şəxsini həbs və onu 48 saat ərzində ölkəni tərk etməyə məcbur edib.

Azərbaycan Respublikasının bəzi media vasitələri ötən bir həftə ərzində Azərbaycan Respublikası Parlamenti spikerinin müavini Səməd Seyidovun İsrailə olan gözlənilməz səfərinə işarə edərək, bildiriblər kİ, Bakı sionist rejimə xidmətlərində sədaqətli olduğunu sübut etmək üçün üzərinə yeni öhdəliklər götürüb. Bu şərt ilə ki, Təl-Əviv Qərbin Azərbaycana qarşı təhqiramiz tənqidlərinin davam etməsinə mane olsun.

Bakıda çıxan Azadlıq qəzeti Azərbaycan Respublikasının 2011-ci ildən bəri İran qurumlarına təzyiq göstərməsinə, xidməti pasporta malik olan olmalarına rəğmən 8 iranlı işçini ölkədən çıxartması və ya ölkəyə daxil olmalarının qarşısını almasına işarə edərək, yazıb: Azərbaycan Respublikası sionist rejim ilə münasibətlərini möhkəmləndirmək üçün bu rejim ilə vizaların verilməsi qaydalarının sadələşdirilməsi barədə bir sənəd imzalamaq istəyir.

Azərbaycan Respublikasının iranlı işçilərin ölkədən çıxarılması, İranın Bakıdakı nümayəndəliklərinin bağlanılması və viza rejimindən bir təzyiq vasitəsi kimi istifadə etməsi üzrə rəftarları elə bir şəraitdədir ki, İran indiyə kimi Azərbaycan Respublikasına olan himayələrini o cümlədən Azərbaycan ilə Naxçıvan arasında quru əlaqə yolunun bərqərar edilməsini davam etdirir və qarşılıqlı addımlar atmaqdan çəkinir.

Azərbaycan Respublikası həmçinin, İranın İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinə təzyiqlər göstərərək, 20 il humanitar fəaliyyətlərinin ardınca ötən yay bu komitənin nəzdində fəaliyyət göstərən klinikanın fəaliyyətini dayandırdı.

Bakının ötən aylar ərzində anti-İran davranışlar sərgiləməsi İran İslam Şurası Məclisinin bəzi üzvlərinin reaksiyaları ilə üzləşib və onlar davam edəcəyi təqdirdə bu kimi rəftarların mənfi nəticələri barədə xəbərdarlıq ediblər.

 


  • Yazılıb
  • da (də) 2013 Nov 26