Tarix : 2013 Nov 26
Kod 41010

İranın Bakıdakı səfirliyinin Mədəniyyət Attaşeliyi işçisinin ölkədən çıxarılmasına etirazı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bir etiraz notası verərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İranın Bakıdakı mədəniyyət attaşeliyinin işçisi ilə qeyri-münasib rəftarına etiraz edib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bir etiraz notası verərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İranın Bakıdakı mədəniyyət attaşeliyinin işçisi ilə qeyri-münasib rəftarına etiraz edib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi İran səfirliyinin mədəniyyət attaşeliyinin işçisi olan Əhməd Əhmədzadənin ölkədən deportasiya edilməsinə reaksiyada deyib: 19 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları İran İslam Respublikası Səfirliyinin mədəniyyət attaşeliyinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadəni həbs edirlər ki, Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə bir neçə saat sonra azad edilir.

O əlavə edib: Cənab Əhmədzadə xidməti pasporta malikdir və beynəlxalq konvensiyalara əsasən Miqrasiya Xidmətinin bu mövzuya müdaxilə etməsi qeyri-qanuni olub və yalnız Xarici İşlər Nazirliyi bu kimi müdaxilə səlahiyyətinə malikdir.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi cənab Əhmədzadənin cümə axşamı gecə(21 noyabr 2013) Bakını Tehran istiqamətində tərk etdiyini deyərək, məsələnin araşdırılmaqda olduğunu vurğulayıb.


  • Yazılıb
  • da (də) 2013 Nov 26