Tarix : 2013 Nov 26
Kod 41013

Asim Məmmədovun meyiti tapılıb

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun meyiti tapılıb.

Bu bu barədə İslamazeri.az-a anası Samirə xanım məlumat verib .

Samirə xanım qeyd edib ki, “Onun meyidi dənizdən tapılıb. Asimin meyidi hal hazırda morqdadır.”Asim Məmmədov noyabrın 16-da evdən çıxıb.

Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.

Asim Məmmədovun İntihar edib ya öldürülüb dəqiq bilinmir.

Asim Məmmədov Son 1 il ərzində müəmmalı şəkildə vəfat edən 4-cü dindardır .

 

 


  • Yazılıb
  • da (də) 2013 Nov 26