Tarix : 2013 Nov 26
Kod 41022

Hacı Abgül Süleymanov General Mədət Quliyevə məktub yazmayıb

vəkili Zaman Səmədov: Sözlərim təhrif olunub

Arannews-Bu gün "Mediaforum" saytında "Məhbus ruhani müayinə edilib" başlığı ilə xəbər yayımlanıb. Xəbərdə qeyd olunub ki, "Ruhani ciyərində yaranan ağrılardan şikayətçidir, özü istədiyi həkim tərəfindən müayinə olunmasına icazə verilməsi üçün Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə məktub ünvanlayıb ."

Məsələni dəqiqləşdirmək üçün İslamazeri.az ruhani Hacı Abgül Süleymanovun vəkili Zaman Səmədovla əlaqə saxlayıb .

Zaman Səmədov saytımıza açıqlamasında deyib ki, "Hacı Abgül Süleymanov General Mədət Quliyevə məktub yazmayıb. Məktubu mən ünvanlamışam. Saytlarda gedən məlumat yanlışdır. Sözlərim təhrif olunub."/xeber44.com


  • Yazılıb
  • da (də) 2013 Nov 26