“Azadlıq”ın baş redaktorunun birinci müavini : “Qasid”in qəzetə borcu hazırda 60 min manata çatıb: “Dəfələrlə ”Qasid" rəhbərliyilə danışıqlar aparmışıq, firmasının qarşısında etiraz aksiyaları keçirmişik
Arannews- “Qasid”in qəzetə borcu hazırda 60 min manata çatıb.
Azadlıq”ın hazırkı böhran vəziyyətində olmasının əsas səbəblərindən biri də “Qasid” yayım firmasının qəzetə olan külli miqdarda borcunu ödəməkdən imtina etməsidir. Artıq il yarımdır ki, bu yayım firması ara-sıra cüzi məbləğdə ödəmələr istisna olmaqla, “Azadlıq”ın pulunu vermir .
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, “Qasid”in qəzetə borcu hazırda 60 min manata çatıb: “Dəfələrlə ”Qasid" rəhbərliyilə danışıqlar aparmışıq, firmasının qarşısında etiraz aksiyaları keçirmişik. Amma heç bir nəticəsi yoxdur. “Qasid”dən pulumuzu ala bilmədiyimizə görə qəzetin “Azərbaycan” Nəşriyyatına böyük məbləğdə borcu yaranıb ".
Rahim Hacıyev onu da qeyd edib ki, bu səbəbdən “Azadlıq” qəzetinin kollektivi noyabrın 29-da yenidən “Qasid” firmasının qarşısında etiraz aksiyası keçirəcək.