Tarix : 2013 Nov 28
Kod 41038

İran prezidenti Əhməd Davudoğlu ilə görüşüb

görüşdə ikitərəfli əlaqələr və regional məsələlər əsas müzakirə mövzusu olub

Arannews- İran prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb .

görüşdə ikitərəfli əlaqələr və regional məsələlər əsas müzakirə mövzusu olub .

H.Ruhani bildirib ki, Cenevrə razılaşması İranın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi yolundakı maneələri aradan qaldırıb: “İranla Türkiyə arasında da iqtisadi münasibətlərin genişləndirilməsi vacibdir. İki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 2014-cü ildə məqbul səviyyəyə çatmalıdır ”.

İran prezidenti həmçinin regional məsələlərə toxunub: “Terrorizm və ifratçılığa qarşı mübarizə, region ölkələri arasında ərazi bütövlüyü və həmrəyliyin, sabitlik və təhlükəsizliyin qorunması İran-Türkiyə əməkdaşlığı tələb edir ”.

Əhməd Davudoğlu isə Cenevrə razılaşmasını tarixi hadisə adlandıraraq, bunun İranın dünyada bütün ölkələr, o cümlədən qonşu ölkələrlə münasibətlərinin gücləndirilməsinə gətirib çıxaracağını deyib. Onun sözlərinə görə, ötən 10 ildə göstərilən təzyiqlər və qoyulan sanksiyalara baxmayaraq, iki ölkənin münasibətləri yüksək səviyyəyə çatıb: “Türkiyə İranla bütün sahələrdə əlaqələrini genişləndirməyə hazırdır. Eyni zamanda regional problemlərin həlli, İranın Suriya böhranının nizamlanması məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfransda iştirakı İran-Türkiyə əməkdaşlığının genişləndirilməsi üçün vacibdir ”.

  • Yazılıb
  • da (də) 2013 Nov 28