Tarix : 2013 Nov 30
Kod 41045

İrəvanın Azadlıq meydanında mitinq keçiriləcək

Mitinqdən sonra aksiyaçılar Ermənistan prezidenti Serj Sarqsyanın iqamətgahına yürüş etməyi planlaşdırır

Arannews.com-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ermənilər Putini miting ilə qarşılayacaq.Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Ermənistana səfər edəcək.

 Həmin gün İrəvanın Azadlıq meydanında mitinq keçiriləcək .

Mitinqdən sonra aksiyaçılar Ermənistan prezidenti Serj Sarqsyanın iqamətgahına yürüş etməyi planlaşdırır .

Aksiyanın məqsədi Ermənistan hökumətindən erməni xalqının ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyi, Konstitusiyaya riayət etməyi, Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq proseslərini dayandırmağı tələb etməkdir .


  • Yazılıb
  • da (də) 2013 Nov 30