ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun son hesabatı da seçki zamanı çoxsaylı pozuntuların olduğunu üzə çıxartdı”, - deyə Herkel vurğulayıb
Arannews-Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri, bu qurumun Azərbaycan üzrə məruzəçisi olmuş Andres Herkel Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanmasını müsbət qiymətləndirib .
Verilən məlumata görə, estoniyalı deputat bildirib ki, Azərbaycanın Avropaya yaxınlaşmaq istiqamətində atdığı istənilən addımı yalnız alqışlamaq lazımdır .
Bununla belə, Herkel Azərbaycanda insan hüquqları və demokratiya sahəsində problemlərin olmasından da danışıb .
“Çox istərdim ki, Bakı demokratiya və insan hüquqlarının müdafiəsi məsələsində götürdüyü öhdəliklərə də əməl eləsin. Bu ölkədə hələ də siyasi məhbuslar var. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun son hesabatı da seçki zamanı çoxsaylı pozuntuların olduğunu üzə çıxartdı”, - deyə Herkel vurğulayıb.