Müəyyən səbəblərə, işi çox olduğuna görə, Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir, ona görə də hesab edir ki, kim Bakıdadırsa, o, Milli Şuraya rəhbərlik etsin
Arannews-Prezidentliyə keçmiş namizəd- Cəmil Həsənli Rüstəm İbrahimbəyovun onun Milli Şuraya sədrliklə bağlı təklifinə münasibət bildirib .
O, AzVision.az-a açıqlamasında R.İbrahimbəyovun təklifinə müsbət yanaşdığını bildirib :
"Müəyyən səbəblərə, işi çox olduğuna görə, Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir, ona görə də hesab edir ki, kim Bakıdadırsa, o, Milli Şuraya rəhbərlik etsin. Bu posta da mənim namizədliyimi təklif edir. Əgər Milli Şura uyğun bilərsə, mən bu missiyanı öz üzərimə götürəcəm ."
C.Həsənli vurğulayıb ki, R.İbrahimbəyov yenə də Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək :
Azərbaycan R-da doqquz oktyabr prezident seçkilərində seçki komissiyası tərəfindən elan olunan nəticələrə əsasən, Milli Şura 5,53% səs əldə edibdir. Milli Şura və onun tərəfdarları seçkilərdə hakimiyyətin saxtakarlığa yol verdiyini deyib, etiraza qalxdılar.